
Balakəndə sərxoş vəziyyətdə idarə etdiyi motosikletlə qəza törədən rayon sakini Əfəndiyev Fərman Cavanşir oğlu ölüb.
"AVESTA.AZ" xəbər verir ki, Mirəliyev Nazim Mollamusa oğlunun idarə etdiyi "Hyundai 130" markalı avtomobil ilə Əfəndiyev Fərman Cavanşir oğlunun sərxoş vəziyyətdə idarə etdiyi motosikletin Balakən rayonu Kortala kəndi ərazisində yerləşən yolayrıcında toqquşması nəticəsində sonuncu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
F.Əfəndiyev 19.07.2024-cü il tarixdə aldığı xəsarətlərdən Balakən rayon mərkəzi xəstəxanasında ölüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.