
Boliviya-Çili sərhədi yaxınlığında avtobusla yük maşınının toqquşması nəticəsində azı 16 nəfər ölüb, 14 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Boliviyaya daxil olan yük maşını Çiliyə gedən sərnişin avtobusu ilə toqquşub.
Bütün yaralıların xəstəxanaya aparıldığı qeyd edilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.