
İsrailin Baş naziri Binyamin Netanyahu iyulun 22-də ABŞ-a səfər edəcək və orada iyulun 23-də ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir Binyamin Netanyahunun ABŞ Prezidenti Co Bayden ilə görüşü iyulun 23-də baş tutacaq. Baş nazir sabah səhər ABŞ-yə uçacaq”, – məlumatda deyilir.
Qeyd olunub ki, İsrailin Baş naziri iyulun 24-də Konqresin hər iki palatasının birgə iclasında çıxış edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.