26-07-2024, 15:15 471

Ağasəlim Mircavadov: Klublarımız Avropa komandalarından geri qalmır

Dünənki oyunlar göstərdi ki, klublarımız heç də Avropa komandalarından geri qalmır. Hətta onları üstələyir.

Bunu “AVESTA.AZ”a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində təmsilçilərimizin keçirdiyi oyunlar barədə danışarkən deyib.

Mütəxəssis “Sumqayıt”ın məğlubiyyətinin səbəbini qırmızı vərəqə ilə əlaqələndirib:

“Qırmızı vərəqə olmasaydı, Macarıstan klubu qələbə qazana bilməyəcəkdi. Bu, bütün sistemi dəyişdi. Çünki komanda ehtiyat oyunçular baxımından yaxşı vəziyyətdə deyil. Buna rəğmən çox gözəl oynadılar və qol vurdular. Səbuhi Abdullazadə haqqında fikirlərim müsbətdir. Oyunu oxuyur, topla yaxşı davranır. Ona inanmaq lazımdır. “Fehervar”a qarşı çox yaxşı oynadı və gözəl qol vurdu”.

AFFA-nın Məşqçilər Komitəsinin üzvü “Sumqayıt”ın futbolçusu Murad Xaçayevin cəzalanmasına da münasibətini bildirib:

“Müdafiəçinin mərkəzdə sarı vərəqə alması yaxşı əlamət deyil. Əvvəlcədən sarı vərəqə ilə cəzalanmısansa, ağıllı oynamalısan. Heç nədən meydandan qovuldu. Belə səhvlər olmamalıdır, çünki hakimlər bağışlamırlar”.

A.Mircavadov “Zirə”nin çıxışını da dəyərləndirib:

“Moldovanın “Şerif” klubu ilə oyundan sonra komanda sakit görünürdü. Fikrimcə, “Zirə” rəqibinə 4 deyil, ən azı 5-6 qol vura bilərdi. Bu matç göstərdi ki, ölkənin adına deyil, komandanın oyununa fikir vermək lazımdır. Təmsilçimiz cavab görüşündə sakit oynamalıdır. Rəqib zəif görünsə də, Slovakiya çempionatında Konfrans Liqasına vəsiqə verən yerlərdən birini tutub. Lakin futbol baxışına görə “Zirə” daha yaxşı idi”.

Millinin keçmiş baş məşqçisi “Sabah”ın onu çox sevindirdiyini vurğulayıb:

"İkinci hissədə yüksək səviyyədə oynadılar. Rəqib tez yorulmuşdu. Yaxından fikir verdim, sanki bəzi futbolçuların artıq çəkiləri vardı. İkinci hissədə “Sabah” oyunu düzgün qurmuşdu. Cinahlardan hücumlar təşkil edirdilər. Avropa çempionatı da göstərdi ki, cinahlardan hücumlar zamanı daha çox uğur qazanmaq olar. “Sabah” da bütün qolları məhz cinah hücumlarından sonra vurdu”.

Mütəxəssis “Sabah”ın Azərbaycan Premyer Liqasında “Qarabağ”a ciddi rəqib ola biləcəyinə dair sualı belə cavablandırıb:

“Qarabağ”a rəqib istəyiriksə, hər şeydən əvvəl stabillik olmalıdır. Söhbət ağıllı taktikadan gedir. “Qarabağ”ı axtarışlara məcbur etmək lazımdır. Hər komandanın və məşqçinin öz üslubu olmalıdır”.

Qeyd edək ki, "Zirə" Bakıda Slovakiyanın "DAK 1904" klubunu dörd, "Sabah" isə Macarıstanda İsrailin "Makkabi" (Hayfa) kollektivini üç cavabsız qolla üstələyib. "Sumqayıt" evdə Macarıstan təmsilçisi "Fehervar"a uduzub - 1:2.

Paylaş

Xəbər lenti

Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur Bu gün, 00:48 Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq Dünən, 23:48 Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? Dünən, 23:48 Boğaz iltihabına hansı qidalar yaxşı təsir edir? Dünən, 23:48 Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb Dünən, 22:48 Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək Dünən, 22:48 Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb Dünən, 22:48 Putin Kadırovun oğlunu medalla təltif etdi Dünən, 21:48 ABŞ Hörmüz boğazında yeni tərəfdaşlar gözləyir Dünən, 21:48 İnternet yaddaşımızı zəiflədir? Alimlər "Google effekti"ni araşdırıb Dünən, 21:48 Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ Dünən, 20:48 "Mançester Yunayted"dən növbəti oyunda heç-heçə Dünən, 20:48 Kimi Antonelli İtaliya Qran-Prisini qazandı Dünən, 20:48 Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər? Dünən, 20:48 Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar Dünən, 20:48 "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi Dünən, 20:48 İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Dünən, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Dünən, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Dünən, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Dünən, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Dünən, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Dünən, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Dünən, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Dünən, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Dünən, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Dünən, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Dünən, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Dünən, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Dünən, 16:48 Sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq Dünən, 16:48 Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Dünən, 16:48 Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı Dünən, 16:48 Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb Dünən, 16:48 Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Dünən, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Dünən, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Dünən, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Dünən, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Dünən, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Dünən, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Dünən, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Dünən, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Dünən, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Dünən, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Dünən, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Dünən, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Dünən, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Dünən, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR