27-07-2024, 23:34 543

COP29-un gündəliyindəki əsas məsələlərin müzakirəsi məqsədilə məsləhətləşmələr keçirilib

COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə 26-27 iyul tarixlərində Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirilib.

“Report” COP29-un saytına istinadən xəbər verir ki, tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertləri, Banqladeş və Barbadosun iqlim məsələlərinə məsul nazirləri, habelə ümumilikdə 40-dan artıq olmaqla, beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən, eləcə də iqlim danışıqlarında fəallıq nümayiş etdirən ölkələr iştirak edib.

Tədbirdə dünən açılış nitqi ilə çıxış edən COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Paris Sazişinin bütün sütunları üzrə tərəqqiyə nail olunmasında COP29 Sədrliyinin qətiyyətindən söz açaraq, şəffaf və məqsədyönlü danışıqların əhəmiyyətinə diqqət çəkib, cari iqlim danışıqlarında fikir ayrılığının mövcud olduğu sahələr üzrə tərəfləri konstruktivlik nümayiş etdirməyə çağırıb.

COP29-da iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbulunun Paris Sazişi üçün sınaq testi olacağını vurğulayan Yalçın Rəfiyev danışıqlarda irəliləyişə nail olmaq baxımından COP29 Sədrliyi tərəfindən prosesin siyasi müstəviyə qaldırıldığını, COP29-a qədərki sessiyalararası dövrdə Azərbaycan tərəfinin nazirlər, nümayəndə heyətlərinin rəhbərləri və ekspertlər səviyyəsində dialoqun aparılmasını təşviq etməyə davam edəcəyini, tərəflərlə aparılan dialoqa əlavə töhfə verilməsi məqsədilə “nazirlər cütlüyü”nün (Misir və Danimarka) müəyyən edildiyini diqqətə çatdırıb. Yalçın Rəfiyev NCQG üzrə hazırkı mətnin daha da təkmilləşdirilməsinin vacibliyinə toxunaraq, tərəfləri səylərini artırmağa çağırıb.

Yalçın Rəfiyev Paris Sazişinin 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsinin COP sədrliyimizin ikinci əsas prioriteti olduğunu qeyd edərək, fikir ayrılıqlarının mövcud olduğu məsələlərdə dövlətlər və beynəlxalq danışıqlar qrupları tərəfindən konstruktivlik nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

COP28-in yekun sənədinin həyata keçirilməsi, adaptasiya və mitiqasiya məsələləri üzrə açıq qalan məsələlərin yekunlaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.

Məsələhətləşmələrdə hazırda iqlim gündəliyində əhəmiyyətli yer tutan və Tərəflər və beynəlxalq ictimaiyyətin COP29-dan əsas gözləntiləri olan məsələlər – iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG), Paris Sazişinin 6-cı maddəsi, adaptasiya və mitiqasiya mövzularında plenar və qruplar şəkildə müzakirələr aparılıb.

Tədbirin yekun, bağlanış mərhələsinə COP29-un müəyyən olunmuş prezidenti, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev də qatılıb. O, çıxışında Şamaxı məsləhətləşmələrində iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədrinə, UNFCCC Katibliyinin təmsilçiləri və ekspertlərinə, habelə Banqladeş və Barbadosun iqlim məsələləri üzrə nazirlərinə və beynəlxalq danışıq qruplarına sədrliyi həyata keçirən digər ölkələrin nümayəndələrinə COP 29-un hazırlıq sessiyaları arası keçirilən bu cür görüşləri təqdir etmələrinə və COP29 Sədrliyinin təşəbbüs və səylərini dəstəklədiklərinə görə təşəkkürünü bildirib, irəliləyiş üçün tərəflərin həmrəylik və müsbət impuls nümayiş etdirmələrindən məmnunluğunu ifadə edib.

Tədbir zamanı çıxış edən müxtəlif qonaqlar, o cümlədən UNFCCC-nin Elmi və Texnoloji Məşvərət üzrə nəzarət qurumunun sədri Harri Vreuls, eləcə də UNFCCC Katibliyinin maliyyə məsələri üzrə baş direktoru Danielle Violette, Banqladeşin Ətraf Mühit, Meşə və İqlim Dəyişikliyi Naziri Çouduri Saber Huseyn, Barbadosun Davamlı İnkişaf, Nəticələr üçün Öhdəlik və Mədəniyyət Naziri Munro Şantal Maksin danışıqlarda irəliləyişin əldə edilməsi baxımından səylərin artırılmasına diqqət çəkib, Tərəflər arasında dialoqun aparılması baxımından Şamaxıda keçirilən qeyri-formal məsələhətləşmələrin faydalı olacağını qeyd ediblər.

İştirakçılar COP29 Sədrliyinin şəffaf və bitərəf vasitəçi kimi rolunu təqdir ediblər.

Paylaş

Xəbər lenti

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? Bu gün, 16:48 Bakının bu metrostansiyalarına giriş PULSUZ OLACAQ Bu gün, 16:48 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açılıb Bu gün, 16:48 "Qaradağ-Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur Bu gün, 16:48 "Neftçi"nin oyununda kobud hakim səhvi olub - AFFA rəsmisi açıqladı Bu gün, 16:48 Doğum sayının azalması müzakirə edildi Bu gün, 16:48 Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq Bu gün, 16:48 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar Bu gün, 16:48 Masallının böyük bir hissəsi qazsız qalacaq Bu gün, 15:48 Sumqayıt-Bakı qatarında sıxlıq: Sərnişinlər ayaqyolunda dayanmalı olublar Bu gün, 15:48 Prezidentin köməkçisindən Heydər Əliyevin Nəsimi irsi ilə bağlı çıxışını əks etdirən paylaşım Bu gün, 15:48 Mircəlil Qasımlı: Azərbaycanda idman zallarında gizli formada steroidlər yayılıb Bu gün, 15:48 Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi - Təhlükəli vəziyyət yaranıb Bu gün, 15:48 Ermənistanın təxribatları Vətən müharibəsinə aparan əsas amillərdən biri idi - RƏY Bu gün, 15:48 Bu serial "Uzak Şehir"i taxtından etdi Bu gün, 15:48 Maks Ferstappen Azərbaycan Qran-prisi öncəsi: "Bakı ilə bağlı xoş xatirələrimiz var" Bu gün, 15:48 Kosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib? Bu gün, 15:48 Lənkəranda evdən 75 min 500 manat pul oğurlanıb Bu gün, 15:48 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovla bağlı qərar verildi Bu gün, 14:48 Dağlıq ərazidə gizlənən keçmiş məhkum tutuldu - Video Bu gün, 14:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib Bu gün, 14:48 Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür Bu gün, 14:48 İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub Bu gün, 14:48 Çempionlar Liqası: "Sabah"ın ev oyunları biletlərinin vahid formada satışının səbəbi açıqlanıb Bu gün, 14:48 "Qurumlar bu problemi bir-birinin üzərinə atır" Bu gün, 14:48 Meyxanaçı Elnur Valehin qızı: "Atamı yıxdınız, məni də yıxmağınıza icazə verməyəcəm" Bu gün, 14:48 Mikayıl Cabbarov: "SOCAR "Daşkəsən" layihəsində zəruri qaz infrastrukturunu təmin etməlidir" Bu gün, 14:48 Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi - SƏBƏB Bu gün, 14:48 Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir Bu gün, 13:48 AMB "Rabitəbank"a icrası məcburi sərəncam verdi Bu gün, 13:48 500 milyon manatlıq əmlaka həbs götürüldü, təqsirləndirilənlərə güzəşt edildi Bu gün, 13:48 Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç baş tutub Bu gün, 13:48 Baş Prokurorluq tibb təhsili olmadan fəaliyyət göstərən şəxslə bağlı inzibati tədbirlər görüb Bu gün, 13:48 Məşhur aktyor həyəcandan mükafatı yerə saldı Bu gün, 13:48 İtaliya 40 illik aviadaşıyıcısını İndoneziyaya hədiyyə verdi - 14-dən çox helikopter daşıya bilir Bu gün, 13:48 Ağır qəzada ölən şəxs hərbçi imiş Bu gün, 13:48 Köhnə smartfonu atmağa tələsməyin: İkinci telefon nə üçün lazım ola bilər? Bu gün, 13:48 "Yalı çapkını"nın 79 yaşlı "Hattuc"unun halı pisləşdi Bu gün, 13:48 DYP-dən kənd texnikası sürücülərinə MÜRACİƏT Bu gün, 12:48 İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına dair müşavirə keçirilib Bu gün, 12:48 Ağdam-Xankəndi dəmir yolunda tikinti-quraşdırma işlərinin 48 faizi başa çatdırılıb Bu gün, 12:48 Vahid forma şagirdlər аrasındа bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir - RƏY Bu gün, 12:48 Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi Bu gün, 12:48 Sabah Azərbaycanda 34 dərəcə isti olacaq Bu gün, 12:48 Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün Bu gün, 12:48 Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib Bu gün, 12:48 İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 12:48 İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR