
Gürcüstanın 38 müxalifət deputatı "Xarici agentlər haqqında" qanuna qarşı Gürcüstan Konstitusiya Məhkəməsində iddia qaldırıb.
"Report"un yerli bürosu xəbər verir ki, müxalifət qanunun qüvvəsinin payızda keçiriləcək parlament seçkilərinə qədər dayandırılmasını tələb edir.
Onların fikrincə, xaricdən maliyyələşmənin şəffaflığı barədə qanun ölkəyə “dönməz ziyan vuracaq”.
Ərizəçilər bu qanunun Gürcüstanın Avro-Atlantik kursunu nəzərdə tutan konstitusiyanın 78-ci maddəsinə zidd olduğunu iddia edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.