30-07-2024, 00:59 490

Qərbi Azərbaycan Xronikası: 1988-ci il deportasiyasında Hamamlıda böyük faciələr yaşanıb

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Qərbi Azərbaycan İcmasının Nərimanov rayonu üzrə nümayəndəsi Təmraz Tağıyev olub.

O, anadan olduğu Hamamlı rayonunun Qursalı kəndi, təbiəti, insanları, onların həyat tərzi barədə geniş məlumat verib. Qeyd edib ki, bu tarixi yaşayış məntəqəsi ötən əsrdə dəfələrlə daşnakların, erməni millətçilərinin hücumlarına məruz qalıb, kəndin əzəli sakinləri böyük faciələrlə üz-üzə gəliblər. Təkcə 1918-ci ildə Qursalı kəndinin 25 sakini erməni quldurların qurbanına çevrilib. Ermənilər onları qətlə yetirərək su quyusuna atıb, bununla öz cinayətlərini gizlətmək istəyiblər. Lakin hüquq-mühafizə orqanlarının, yerli sakinlərin axtarışı sayəsində azərbaycanlıların basdırıldığı yer müəyyən olunub. Üzərində işgəncə əlamətləri olan meyitlər su quyusundan çıxarılaraq kənd qəbiristanlığında dini adət-ənənəyə uyğun olaraq dəfn ediliblər.

T.Tağıyev 1948-1953-cü illərin deportasiyasına toxunaraq qeyd edib ki, həmin dövrdə yaxın qohumları öz ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Onun sözlərinə görə, o illərdə də soydaşlarımız böyük çətinliklərlə, məşəqqətlərlə üzləşiblər. Zorla Aran zonasına köçürülən qərbi azərbaycanlıların bir qismi yollarda həlak olub, digər hissəsi iqlim dəyişməsinə məruz qalıb, xəstəliyə yoluxub, dünyalarını dəyişiblər. Yalnız 1953-cü ildən sonra onların kiçik hissəsi Vətənlərinə qayıda biliblər.

Sovet hakimiyyəti illərində Qərbi Azərbaycanda ermənilər tərəfindən soydaşlarımıza qarşı mənəvi, hətta fiziki təzyiqlər davamlı xarakter alıb. Rayon mərkəzinə, şəhərə gedən soydaşlarımız təhqirlərlə üzləşiblər. Xüsusən də hər ilin aprel ayında, uydurma erməni soyqırımının ildönümü günündə azərbaycanlılar yaşayan kəndlərə hücumlar təşkil olunub. Bundan başqa, Qərbi Azərbaycanın hər yerində olduğu kimi, Hamamlı rayonunda da ali təhsilli azərbaycanlı kadrlar məqsədli şəkildə işlə təmin olunmayıblar.

Müsahibin sözlərinə görə, 1988-ci ilin deportasiyası da Hamamlı sakinləri üçün itkisiz ötməyib. Həmin il baş verən zəlzələdə Qursalının 18 sakini həyatını itirib. Ayrı-ayrı vaxtlarda kənd sakinlərinin həyatına qarşı qəsdlər təşkil olunub. Hətta ermənilər azərbaycanlı hərbçinin uşaqlarını insanlıqla bir araya sığmayan işgəncələrlə qətlə yetiriblər. Bununla da 1988-ci ildə Hamamlıda daha böyük faciələr yaşanıb.

Bu gün də Hamamlının ab-havası, həsrəti ilə yaşadığını diqqətə çatdıran T.Tağıyev nəinki doğulduğu rayona, kəndə, eyni zamanda Göyçəyə, Zəngəzura, İrəvana və digər tarixi torpaqlarımıza mütləq qayıdacağımızı vurğulayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı “Baku TV”nin süjetində:

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR