1-08-2024, 05:24 592

Qərbi Azərbaycan Xronikası:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Tarixə ölü kənd kimi düşən yurd yerləri" adlı süjet hazırlanıb.

"AVESTA.AZ" xəbər verir ki, bugünkü süjetdə izi itirilən Abgəz, Abdullar, Avan, Avdalar, Avdıbəy toponimləri haqqında söz açılır. Bildirilir ki, elin, obanın tarixinin araşdırılmasında toponimlər əvəzedilməz mənbədir və məhz toponimlər vasitəsilə xalqın təşəkkülünü, tarixi coğrafiyasını və soykökünü elmi şəkildə öyrənmək mümkündür.

ABGƏZ - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur mahalının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd olub. 1930-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürüldükdən sonra kənd ləğv edilib.

ABDULLAR: İrəvan quberniyasının Yeni Bayazid qəzasında, Göyçə mahalının Kəvər, yəni Kamo rayonu ərazisində kənd olub. Göyçə gölünün sahilində yerləşib və indi ölü kənd hesab olunur.

AVAN - İrəvan quberniyasının Eçmiədzin qəzasında, Karbibasar mahalının Əştərək rayonunda kənd olub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar və bura ermənilər 1916-cı ildən başlayaraq Türkiyədən köçürülüb. 1918-ci ildə kəndin əhalisi erməni təcavüzünə məruz qalaraq deportasiya olunub.

AVDALAR - İrəvan quberniyasının İrəvan qəzasında, Qırxbulaq mahalının Ellər, yəni Kotayk, sonra Abovyan olan rayonda kənd adıdır. Kənddə 1873-cü ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar və 1918-ci ildə erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. 1918-1919-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər bu kənddə yerləşdiriliblər. 1946-cı ildə kəndin adı dəyişdirilib Hatsavan, yəni çörək qəsəbəsi qoyulub.

AVDIBƏY - İrəvan quberniyasının Aleksandropol qəzasında, Pəmbək mahalının Hamamlı, yəni Spitak rayonunda kənd olub. 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunublar.

Sonda vurğulanıb ki, indiki Ermənistan ərazisindəki toponimlər hazırda hayların dövlət kimi yaşadığı bu məkanın oğuz türklərinin tarixi etnik ərazisi, Ata yurdu olduğunu sübut edir: "Təbii ki, qəlbi Vətən həsrəti ilə göynəyən Qərbi azərbaycanlılar yenidən doğma yurda qayıdışla bütün ağrı-acıya son qoyacaq, o torpaqlarda uyuyan ulu babalarımızın ruhunu sevindirəcək və toponimlərimizə sahib çıxacaqlar".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş

Xəbər lenti

Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48 Arzuolunmaz Türkiyə vətəndaşlarından biri keçmiş baş nazir Necmettin Erbakanın oğludur Bu gün, 14:48 Azərbaycana girişi qadağan olunan türklərdən biri də məşhur futbol şərhçisi Ahmet Çakardır Bu gün, 14:48 Naxçıvanda vəzifəli şəxs saxlanıldı Bu gün, 14:48 Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - Rəsmi Bu gün, 14:48 Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib Bu gün, 14:48 28 günlük tarif paketləri vətəndaşları qane edir? Bu gün, 14:48 Xalçayuma xidməti adı altında vətəndaşları aldadan şəxs saxlanılıb Bu gün, 13:50 Mirzoyan: TRIPP Azərbaycan, Gürcüstan və İranla sərhəd keçidini sadələşdirəcək Bu gün, 13:49 İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək Bu gün, 13:49 İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu Bu gün, 13:49 Gürcüstandan azərbaycanlı da daxil 84 əcnəbi deportasiya edilib Bu gün, 13:48 AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib Bu gün, 13:48 Almalıq kəndinin tarixi sirləri: Arxivlər hansı reallıqları ortaya çıxardı? Bu gün, 13:48 6 rayonda məskunlaşan sakinlər qoyunçuluq təsərrüfatı qurublar Bu gün, 13:48 Bakıda tıxacları azaltmağın YENİ ÜSULU - Təmir işləri... Bu gün, 13:48 Boks üzrə U-19 dünya çempionatı: Azərbaycanın üç təmsilçisi qələbə qazanıb Bu gün, 12:48 Azərbaycanda yağın qiyməti kəskin BAHALAŞDI Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR