
"Birinci hissə yaxşı oynadıq. Amma qol vura bilmədik. Rəqib isə bundan yararlandı. Onlara afərin deyirəm. Bravo".
"Report"un məlumatına görə, bunu Fransanın "Nant" komandasının baş məşqçisi Antuan Kambuare Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunundan sonra mətbuat konfransında deyib.
59 yaşlı mütəxəssis bu nəticədən sonra istefa verməyəcəyini bildirib: "Futbolda belə nəticələr qeydə alına bilər. Biz növbəti matçda rəqibdən revanş almaq istəyirik. Bizim Liqa 1-də vacib görüşümüz var. Sosial şəbəkədə yazılanlara baxmıram və çox fikir vermirəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.