
Filippinin cənubundakı Mindanao adasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
“AVESTA.AZ”un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 233 min nəfər əhalisi olan Maquqpo Poblasion yaşayış məntəqəsindən 124 km şimal-şərqdə, ocağı isə 30 km dərinlikdə yerləşib.
Yaponiya Meteorologiya İdarəsi bölgədə sunami təhlükəsi elan edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.