
Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda keçirilən ali təhsil müəssisələrinin sərgisində Milli Müdafiə Universitetinin (MMU) də stendi yer alıb.
Bu barədə "AVESTA.AZ"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərgidə MMU-da mövcud ixtisaslar, tədris proqramları, maddi-texniki baza, güzəştlər, aylıq müavinətlər və digər məsələlərlə bağlı ətraflı məlumat verilib, bukletlər paylanılıb.MMU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.