5-08-2024, 19:02 465

Azərbaycan lideri Pakistanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

"AVESTA.AZ" xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Pakistana dövlət səfərini məmnunluqla xatırlayan Azərbaycan Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyin çox xoş təsir bağışladığını dedi, bunun ölkələrimiz və xalqlarımız arasında dostluğu, qardaşlığı və tərəfdaşlığı nümayiş etdirdiyini bir daha vurğuladı.

Dövlətimizin başçısı bu səfərin önəminə toxunaraq, əməkdaşlığımıza dair geniş sahələri əhatə edən məsələlərin müzakirə olunduğunu və sənədlərin imzalandığını məmnunluqla xatırladı. Prezident İlham Əliyev bu dövlət səfəri nəticəsində Azərbaycan-Pakistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, səfər çərçivəsində müxtəlif sahələrdə, o cümlədən investisiya qoyuluşu və enerji sahələrində yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edildiyini vurğuladı. Dövlətimizin başçısı Pakistana dövlət səfəri zamanı qəbul olunmuş qərarların, əldə edilmiş razılaşmaların və imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin iş apardığını bildirdi. Azərbaycan Prezidenti preferensial ticarət sazişinin önəmini qeyd edərək, bu sənədə yeni maddələrin əlavə edilməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin həyata keçirildiyini vurğuladı.

Prezident İlham Əliyev ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirdi. Dövlətimizin başçısı Pakistan rəhbərliyinin Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi dəstəyin bizim üçün böyük önəm daşıdığını bir daha vurğuladı.

Azərbaycan Prezidenti səfir Qasım Mohiuddinə diplomatik fəaliyyətində uğurlar arzuladı.

Xoş sözlərə və qəbula görə minnətdarlığını bildirən səfir Pakistan Prezidenti Asif Əli Zərdarinin və Baş nazir Məhəmməd Şahbaz Şərifin səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da səmimi salamlarını Pakistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Ölkəmizə böyük məhəbbət hissi bəslədiyini qeyd edən səfir Azərbaycan kimi gözəl bir ölkədə Pakistanı təmsil etməkdən qürur hissi duyduğunu bildirdi.

Səfir dövlətimizin başçısının Pakistana dövlət səfərini zamanı müəyyən olunmuş strateji əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etdi. O, Azərbaycanın Pakistana dəstəyini, xüsusən Cəmmu və Kəşmir məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun qaydada həllinə dair ölkəmizin ədalətli mövqeyinin önəmini vurğuladı.

15:49

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edib.

"AVESTA.AZ"un xəbərinə görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Paylaş

Xəbər lenti

Quzu əti niyə fərqli qiymətlərə satılır Bu gün, 00:48 İspaniya baş nazirinin həyat yoldaşı barəsindəki məhkəmə qərarı dəyişdi Dünən, 23:49 Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik" Dünən, 23:49 Ana və qızı eyni anda məzun oldular: "Ailə qurmuşdum deyə təhsilim yarımçıq qalmışdı" Dünən, 23:48 İsmayıllının dilbər guşəsi: Dağların qoynunda unudulan məkan Dünən, 23:48 Ağ Ev: Tehran Vaşinqtonla razılaşma əldə etməkdə maraqlıdır Dünən, 23:48 Xankəndidə güclü yanğın başladı Dünən, 22:48 UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın etdi Dünən, 22:48 Bilgəh çimərliyində faciə: Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı Dünən, 22:48 ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib Dünən, 22:48 Müşfiq Ötgün: "Din əxlaq, mənəviyyat deməkdir, indi bu unudulub" Dünən, 22:48 MTK nümayəndəsinin "problem yoxdur" cavabına sakinlərdən SƏRT REAKSİYA Dünən, 22:48 Zelenski Hakan Fidanı ordenlə təltif edib Dünən, 22:48 Zelenski Ukraynanın müdafiə naziri postuna Yevgeni Xmaranın namizədliyini irəli sürəcək Dünən, 21:48 Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının NƏŞİ TAPILDI Dünən, 21:48 Elvin Məmmədxanova yüksək VƏZİFƏ VERİLDİ Dünən, 21:48 Dubayın mərkəzində güclü partlayış səsləri eşidilib Dünən, 21:48 Ermənistanda Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib Dünən, 21:48 UEFA Konfrans Liqası: "Zirə" səfərdə "Torpedo Kutaisi"ni darmadağın edir Dünən, 21:48 İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb Dünən, 21:48 Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb Dünən, 21:48 "Forbes"un siyahısı açıqlandı: "Haber Global" "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" sırasında Dünən, 20:48 ABŞ tələbə və jurnalistlər üçün viza rejiminə dəyişikliklər edəcək Dünən, 20:48 Şəfəq Mehrəliyeva: "Süni zəkanın inkişafı bizə onu göstərəcək ki, bu sosial məsələdən daha çox mənəviyyat məsələsidir" Dünən, 20:48 SEPAH-dan şok bəyanat: Trampın Yaxın Şərqdəki obyektləri hədəfə alındı Dünən, 20:48 Azərbaycanda məscidlərdə kitabxanalar yaradılacaq Dünən, 20:48 UEFA Konfrans Liqası: "Zirə" rəqib meydanında ikinci qolu vurdu Dünən, 20:48 Bakıda itkin düşmüş şəxslərin axtarışı ilə bağlı tədbirlərin gücləndirilməsi tapşırığı verilib Dünən, 19:48 Dağbəyi İsmayılov: "Harada boşluq yaranırsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur" Dünən, 19:48 Gündüz İsmayılov: "Hər bir jurnalist paylaşdığı məlumat və səsləndirdiyi fikrə görə məsuliyyət daşıyır" Dünən, 19:48 Jurnalistlər üçün "Təhsildə rəqəmsallaşma" mövzusunda ilk təlim keçirilib Dünən, 19:48 Haber Global "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" siyahısında yer alıb Dünən, 19:48 Qubada stadion satılıb? - Sakinləri hiddətləndirən iddia Dünən, 19:48 Anar Qafarov: "Qlobal problemləri evinizə gətirən o balaca ekranların arxasında böyük müharibələr gedir" Dünən, 18:48 Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib Dünən, 18:48 Süni intellektlə düzəltdikləri fotolarla qadınları şantaj edən şəxslər saxlanılıb Dünən, 18:48 Bakıda cinayət işləri üzrə vurulmuş ziyanın 73,2 %-i ödənilib Dünən, 18:48 Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib Dünən, 18:48 Tərtərdə ağır qəza: Sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti çıxarıldı Dünən, 18:48 Dünyanın ən güclü ordularının reytinqi açıqlandı – Türkiyə ilk onluqdadır Dünən, 17:48 Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb Dünən, 17:48 Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH Dünən, 17:48 Ramin Cəfərov: "Baku TV" son üç ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tədbirlərində fəal iştirak edir" Dünən, 17:48 Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir Dünən, 16:48 Şəmkirdə 13 yaşlı yeniyetmə ÖLDÜ Dünən, 16:48 Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır" Dünən, 16:48 SEVİNDİRİCİ XƏBƏR - Bu kəndlərdə yeni su şəbəkələrinin qurulması planlaşdırılır Dünən, 16:48 Gündüz İsmayılov: "Dini sabitliyin qorunmasında birgə məsuliyyət çox vacibdir" Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR