
İranın İsfahan ostanının eyni adlı mərkəzində üç partlayış səsi eşidilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.
Partlayışın görüntüləri sosial şəbəkədə yayılıb. Şahidlərin sözlərinə görə, ard-arda üç partlayış səsi eşidilib.
Ostan valisinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə müavini Məhəmmədrza Cantari partlayışın ərazidə keçirilən təlimlərlə əlaqələndirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.