HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsi İranın suverenliyinin pozulmasıdır.
“AVESTA.AZ” İSNA-ya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.
Məlumata görə, o, İsmayıl Haniyənin öldürülməsinin ittiham edərək bunu BMT-nin nizamnaməsi və beynəlxalq normaların pozulması kimi dəyərləndirib.
Nazir hadisənin regionda gərginliyi artıracağını, regionu daha təhlükəli vəziyyətə sürükləyəcəyini qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.