
Şəmkirin dağlıq ərazilərində dəmyə şəraitində əkilmiş taxıl sahələrində məhsul yığımına start verilib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Şəmkir rayonunda dəmyə şəraitində əkilmiş taxıl sahələrinin ümumi həcmi 6 748 hektar təşkil edir ki, ondan 4 251 hektarı buğda, 2 367 hektarı arpa, 130 hektarı isə vələmir sahələridir.
Dəmyə ərazilərdə əkilmiş taxıl sahələrinin 2 005 hektarında biçin başa çatıb.
Fermerlər havaların yağışlı keçməsi səbəbindən bu mövsümdə də taxıl sahələrindən yüksək məhsuldarlıq gözləyirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.