16-09-2022, 12:00 758

Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasında iştirak edir - YENİLƏNİB

Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb.

"AVESTA.AZ" xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, digər ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Hazırda Sammitin geniş tərkibdə iclası keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan), 4 müşahidəçi üzvü (Əfqanıstan, İran, Monqolustan, Belarus) və 9 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı) var. İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi; siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi; regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

ŞƏT-in iki daimi orqanı – Pekində yerləşən Katibliyi və Daşkənddə yerləşən Terrorizmə qarşı Regional Strukturu mövcuddur. Təşkilatın hazırkı baş katibi Çin nümayəndəsi Can Mindir.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Xatırladaq ki, hazırda ŞƏT-ə Özbəkistan sədrlik edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edir.

09:51

Özbəkistanın Səmərqənd şəhərinin “Konqres mərkəzi”ndə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı başlayıb.

“AVESTA.AZ” “Zakon”a istinadən xəbər verir ki, məlumatı Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.

Məlumata görə, ŞƏT liderləri sessiyadan əvvəl dar çərçivədə qeyr-rəsmi söhbət edib.

Paylaş

Xəbər lenti

Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var Bu gün, 20:48 Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib Bu gün, 20:48 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Bu gün, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Bu gün, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Bu gün, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Bu gün, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Bu gün, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Bu gün, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Bu gün, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Bu gün, 18:48 Qazaxda TIR yandı Bu gün, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Bu gün, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Bu gün, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Bu gün, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Bu gün, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Bu gün, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Bu gün, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Bu gün, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Bu gün, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Bu gün, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Bu gün, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Bu gün, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Bu gün, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Bu gün, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Bu gün, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Bu gün, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Bu gün, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Bu gün, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Bu gün, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Bu gün, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Bu gün, 16:48 Göyçayda evlərdən 24 min manat oğurlanıb Bu gün, 16:48 Müntəzəm fiziki aktivlik qadınlarda bu xəstəliyi ləngidə bilər Bu gün, 15:48 Firuzə İbadova xəstəliyindən danışdı: "Beş şiş çıxartdılar" Bu gün, 15:48 "İstiqlal" ordeninin müəllifi Xalq rəssamı özü imiş Bu gün, 15:48 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın xarici işlər nazirinin qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Ramiz Əzizbəylinin kürəkəninin şikayəti rədd edildi, həbsdə saxlanıldı Bu gün, 15:48 ŞAD XƏBƏR - Bu şəxslərdən 20 il gəlir vergisi TUTULMAYACAQ Bu gün, 15:48 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu Bu gün, 15:48 Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO Bu gün, 15:48 Masazırda velosiped oğurlamaq istəyən şəxs binanı su altında qoydu Bu gün, 14:48 Hövsan Yarış Kompleksi FIFA U-15 dünya çempionatına tam hazırdır Bu gün, 14:48 "Gözel Seeds" və ADA Universiteti Gəncləri Genetika və Biotexnologiya Konfransına dəvət edir Bu gün, 14:48 Bakıda kişi sirkə turşusundan zəhərlənib öldü Bu gün, 14:48 Milli Məclisin növbəti plenar iclası oktyabrın 27-də keçiriləcək Bu gün, 14:48 Rusiya-Ukrayna münaqişəsi başa çatmağa doğru gedir - Tramp Bu gün, 14:48 Nərimanovda yolda çökmə - AAYDA hərəkətə keçdi Bu gün, 14:48 Ucarın çəltik emalı müəssisəsi qısa müddətdə 300 tondan çox məhsul qəbul edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR