
Birinci vitse-prezident Mehriban Əliyeva Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında gümüş medal mükafatı qazanmış Azərbaycan boksçusu Alfonso Dominqesi təbrik edib.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə birinci xanım sosial şəbəkədə yazıb:
"Boksçu – gümüş medal sahibi Alfonso Dominqesi səmimi-qəlbdən təbrik edirəm! Azərbaycanı Paris Yay Olimpiya Oyunlarında layiqincə təmsil edən idmançımıza güc, enerji, yeni qələbələr və nailiyyətlər arzulayıram!", - deyə paylaşımda qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.