
Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.
"AVESTA.AZ" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.
B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.