
Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarından 24 saat ərzində 1700-dən çox insan təxliyə edilib.
“Report”un məlumatına görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, son 24 saat ərzində vilayətin sərhədyanı dörd rayonundan sakinlərin təxliyəsi tədbirləri həyata keçirilib.
“1,7 mindən çox insan müstəqil və mütəşəkkil kolonlarda təhlükəsiz ərazilərə yola düşüb”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, Rusiyanın 24 regionunda 174 müvəqqəti yerləşdirmə mərkəzində 3 mini uşaq olmaqla 10 minə yaxın insan var.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.