23-08-2024, 16:55 506

İİTKM: Azərbaycan-Özbəkistan əməkdaşlığında yeni mərhələ başlayıb

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında əməkdaşlığın dərinləşməsini vurğulayaraq qarşılıqlı münasibətlərdə yeni mərhələnin əsasını qoyur.

"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, bunu qurumun Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib.

"Bu səfər, xüsusilə, ticarət, investisiya və strateji tərəfdaşlıqlar sahələrində mühüm əhəmiyyət daşıyır və Azərbaycanın Türk dünyası daxilində əlaqələri gücləndirmək siyasəti ilə uyğun gəlir", - deyə o qeyd edib.

V.Cəfərovanın sözlərinə görə, Azərbaycan və Özbəkistan iqtisadi əməkdaşlıqda böyük irəliləyiş əldə edib: "Belə ki, son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artıb. Təkcə cari ildə bu sahədə artım 20 % olub. Hər iki dövlət qarşılıqlı ticarəti 1 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Əməkdaşlığın əsas sahələrinə enerji, tekstil, kənd təsərrüfatı və şəhərsalma daxildir. Səfər çərçivəsində liderlərin birgə İnvestisiya Fondunun kapitalının artırılacağı ilə bağlı bəyanatları, “Azərbaycan Resprublikası İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üzrə 2024-2025-ci illər üçün Praktiki Fəaliyyət Planı”nın (“Yol xəritəsi”) imzalanması bu sahədə irimiqyaslı layihələrin icrasına zəmin yaracaq".

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin də davamlı artdığını bildirən TDAM rəhbəri qeyd edib ki, bu rəqəm 2019-cu ildə 81,9 milyon ABŞ dolları olmuşdusa da, 2022-ci ilə qədər 183,3 milyon ABŞ dollarına çataraq təxminən 124 % artım göstərib. Ticarət əlaqələrinin genişlənməsinə 15 oktyabr 2019-cu ildə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə Özbəkistanın şuraya tam üzv kimi qoşulması mühüm təsir göstərib.

"Bu ilin I yarısında Azərbaycandan Özbəkistana ixrac olunan malların dəyəri 13,965 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 77,022 milyon ABŞ dolları təşkil edib. İdxalın əhəmiyyətli dərəcədə artımı, əsasən, sənaye məhsulları, avadanlıqlar, avtomobil və tikinti materialları kimi sahələrə aiddir. İxrac isə daha çox kənd təsərrüfatı, neft və neft-kimya sənayesinə aid məhsullar, eləcə də metal məmulatlarını əhatə edir. Bu fərq iqtisadi əməkdaşlığın balanslaşdırılması üçün qarşıdakı illərdə yeni ticarət strategiyalarının vacibliyini göstərir", - deyə o qeyd əlavə edib.

V.Cəfərova onu da bildirib ki, səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının I iclasında strateji əməkdaşlığı daha da gücləndirmək məqsədilə mühüm qərarlar qəbul edilib: "Xüsusilə, Azərbaycan və Özbəkistan Prezidentləri arasında “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında Müttəfiqlik Münasibətləri haqqında Müqavilənin” imzalanması tarixi əhəmiyyətə daşıyır. “SOCAR” və “Uzbekneftqaz” şirkətləri arasında imzalanan sənədlər enerji sahəsində əməkdaşlığı daha da inkişaf etdirəcək. Bununla yanaşı, turizm sahəsində 2024-2026 illər üzrə fəaliyyət planı, mədəni əməkdaşlıq üzrə yol xəritəsi, təhsil və elm, ədliyyə, əmək fəaliyyəti, ticarət və iqtisadiyyat, regional əməkdaşlığa dair razılaşmalar nəticəyönümlü layihələri hədəfləyir".

"Daşkənddə keçirilən biznes forumda onlarla biznes müqavilələrinin imzalanması iqtisadiyyatın müxtəlif sektoruları üzrə müştərək müəssisələr, ticarət və investisiya layihələri üzrə əhəmiyyətli anlaşmaların əldə olunması iki ölkə arasında hədəflənən ticarət dövriyyəsinin artmasına töhfə verəcək. Bu addımlar regional inteqrasiyanı gücləndirəcək və iki ölkənin iqtisadi maraqlarını dəstəkləyəcək. Xüsusilə Azərbaycanın işğaldan azad olunan Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması özbək xalqının qardaş dəstəyininin ifadəsidir. Ümumiyyətlə, Özbəkistan azad olunmuş ərazilərin bərpasında yaxında iştirak edir. Füzuli şəhərində orta məktəbin inşası bu dəstəyin bariz nünunəsidir.

Ölkələrin həm regionda, həm də beynəlxalq arenada nüfuzu sürətlə artmaqdadır. Bu baxımdam Transxəzər dəhlizi üzrə əməkdaşlıq potensialının daha səmərəli istifadəsi dövlət başçılarının müzakirə etdiyi əsas mövzulardan biridir. Azərbaycan türkdilli ölkələrlə əlaqələri gücləndirmək prioritetini davam etdirir. Xüsusilə ticarət və Orta Dəhliz boyunca infrastrukturun inkişafı, Mərkəzi Asiya və Qafqaz arasında əlaqəni artırmaq Türk Dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir", - deyə İİTKM rəsmisi vurğulayıb.

Paylaş

Xəbər lenti

Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub Bu gün, 16:48 Alyona Əliyeva: "Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik" Bu gün, 16:48 Prezident İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir Bu gün, 16:48 Prezident: Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq Bu gün, 16:48 İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur Bu gün, 16:48 Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi Bu gün, 16:48 Prezident: Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar Bu gün, 16:48 Azərbaycan Prezidenti Türkiyə ilə münasibətlər barədə: Heç kimə imkan vermərik ki, bizim aramıza girsin Bu gün, 16:48 Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir Bu gün, 16:48 Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur Bu gün, 16:48 Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır Bu gün, 16:48 Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər Bu gün, 16:48 "Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər Bu gün, 16:48 Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub Bu gün, 15:48 Zəfər Günü Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabranda da qeyd olunub Bu gün, 15:48 Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir Bu gün, 15:48 Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşılamasına dair videoçarx Bu gün, 15:48 Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb Bu gün, 15:48 Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib Bu gün, 15:48 Misir millisinin baş məşqçisi həyat yoldaşı ilə bağlı qalmaqala görə istefaya göndərildi Bu gün, 15:48 Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb Bu gün, 15:48 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 14:48 Kombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı Bu gün, 14:48 Türkiyə DİN: Zəfərin mübarək olsun, can Azərbaycan Bu gün, 14:48 Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır Bu gün, 14:48 Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" Bu gün, 14:48 Elçin Quliyev Zəfər Günü ilə bağlı DSX-nin şəxsi heyətini təbrik edib Bu gün, 14:48 Lənkəranda ilk dəfə AFFA U-12 Qızlar Liqasına start verilib Bu gün, 14:48 İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır Bu gün, 14:48 Şəmkirdə ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb Bu gün, 14:48 Azərbaycan Prezidenti: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq" Bu gün, 13:48 Prezident: "Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar" Bu gün, 13:48 Prezident: "Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" Bu gün, 13:48 Türkiyə MMN: Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan! Bu gün, 13:48 Zakir Həsənov Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib Bu gün, 13:48 Prezident İlham Əliyev Şahbaz Şərifə təşəkkür edib Bu gün, 13:48 249 saylı bağçada işə gəlməyənlərə maaş hesablanaraq mənimsənilib? Bu gün, 13:48 Ukrayna səfiri: Azərbaycanın Zəfər Günü ədalətin təntənəsini simvolizə edir Bu gün, 13:48 Emrah Azərbaycan xalqının Zəfər Gününü təbrik etdi Bu gün, 13:48 Səfərbərlik Xidmətinin şəxsi heyəti Zəfər Tağı abidəsini ziyarət edib Bu gün, 13:48 Azərbaycanın futzal millisi bu gün Latviya ilə üz-üzə gələcək Bu gün, 12:48 Şəhid Elşən Əhmədlinin anası: "Qəhrəman böyütməyimdən xəbərim olmayıb" Bu gün, 12:48 İlham Əliyev: Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi Bu gün, 12:48 Zakir Həsənov və Kərim Vəliyevin qucağındakı əkizlərin kimliyi məlum olub Bu gün, 12:48 Ərdoğan Zəfər Günü tədbirlərində iştirak etmək üçün Qarabağa yola düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti: Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür Bu gün, 12:48 Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR