
İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Maksimo Perrone İtaliya təmsilçisi "Komo"ya keçib.
"AVESTA.AZ" İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu A Seriyası komandasında 2025-ci ilin yayına qədər icarə əsasında oynayacaq.
O, ötən mövsüm İspaniyanın "Las Palmas" klubunda icarədə olub və La Liqada 30 matçda iştirak edib.
Qeyd edək ki, 21 yaşlı argentinalı futbolçu 2022-ci ildə Premyer Liqa təmsilçisinin əsas komandasında debüt edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.