
Avqustun 26-da Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənliklər təşkil edib.
"AVESTA.AZ" xəbər verir ki, əyləncə tədbirlərindən biri Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib.
Şənlikdə DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.