
Azərbaycanı FIBA Çempionlar Liqasında təmsil edəcək kişi basketbolçulardan ibarət "Sabah" klubu təlim-məşq toplanışı keçdiyi Litvada ilk yoxlama matçına çıxıb.
"AVESTA.AZ" xəbər verir ki, "bayquşlar" hazlıq oyununda Almaniya Bundesliqa təmsilçisi "Rostok Sivulvz"la üz-üzə gəlib.
Qarşılaşma Bakı komandasının 72:71 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu "Sabah"ın hazırlıq prosesi sentyabrın 10-dək davam edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.