
81 saylı İmişli seçki dairəsi üzrə 510 nəfər Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar keçirilən seçkilərdə ilk dəfə səs verəcək.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, 50 244 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi mövcuddur.
Qeyd edək ki, seçki dairəsi üzrə yeddi namizəd qeydə alınıb. Onlardan ikisi namizəd partiya tərəfindən, beş namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Dairə üzrə 6 məntəqədə veb kameralar quraşdırılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.