
Səudiyyə Ərəbistanının “Əl-Faiha” klubu İtaliya təmsilçisi “Roma”nın müdafiəçisi Kris Smollinqin transferi ilə bağlı razılığa gəlib.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun həm özü, həm də klubu ilə razılıq əldə olunub.
34 yaşlı futbolçu bazar ertəsi tibbi müayinədən keçəcək və ardından 2026-cı ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, K.Smollinq 2010-2020-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Mançester təmsilçisinin heyətində 323 oyuna çıxan müdafiəçi 18 qola imza atıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.