
"Liverpul" klubunun futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında Tyerri Anrinin nailiyyətini geridə qoyub.
"AVESTA.AZ"un məlumatına görə, misirli hücumçu buna III turda "Mançester Yunayted"ə səfərdə 3:0 hesabı ilə qalib gəldikləri matçda nail olub.
Forvard bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun Premyer Liqada bir matçda fərqləndiyi və assist etdiyi 33 oyunu var. "Arsenal"ın keçmiş futbolçusu Anridə bu rəqəm 32-yə bərabərdir.
Mütləq rekord "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runiyə (36 qarşılaşma) məxsusdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.