6-09-2024, 12:57 511

Hesablama Palatası damazlıq heyvandarlıq sahəsində nöqsanlar aşkar edib

Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü il üzrə İş planına uyğun olaraq 2021-2023-cü illər əhatə olunmaqla Damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyinin və nəticəliliyinin qiymətləndirilməsinin auditi aparılmışdır.

Auditlə ilkin damazlıq işi, damazlıq ehtiyatının (toxumunun) istehsalı və satışı, damazlıq heyvandarlığa dövlətin maliyyə dəstəkləri, o cümlədən süni mayalanma yolu ilə alınmış buzovlara subsidiyanın və damazlıq heyvanların dəyərinə güzəştlərin tətbiqi, eləcə də damazlıq heyvandarlıq sahəsində nəzarət mexanizmləri üzrə bütün mərhələlər əhatə olunmuş, zəruri audit proseduralarından istifadə olunaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (Nazirlik) və digər aidiyyəti qurumların fəaliyyətləri səmərəlilik və nəticəlilik baxımından qiymətləndirilmişdir.

Müsbət tərəflər kimi xüsusi ilə ilkin damazlıq heyvandarlıq sahəsində fəaliyyət göstərən aidiyyəti dövlət qurumlarının maddi-texniki bazasının formalaşdırıldığını, o cümlədən zəruri iş şəraitinin qurulduğunu, avadanlıq və istehsal vasitələri ilə təchizat məsələlərində problemlərin həll olunduğunu qeyd etmək olar.

Bununla yanaşı, aşağıdakı nəticələr də müəyyən edilmişdir.

Heyvan toxumunun istehsalına cavabdeh qurumun orta müddətli və illik fəaliyyət planları müəyyənləşdirilməmiş, açılışından 6 ildən çox müddətin keçməsinə baxmayaraq fəaliyyətinin istehsal gücünün təxminən 30,0%-nə bərabər olması texniki-iqtisadi əsaslandırmaların tam reallaşdırılmamasını göstərmiş və nəticə etibarı ilə yerli heyvan toxumu istehsalının daha nəticəli təşkil edilməməsini deməyə əsas vermişdir.

Satış qiymətləri idxal qiymətləri ilə müqayisədə daha əlverişli olan yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi yerli toxumun keyfiyyətinə əminlik yaratmamaqla müvafiq fermer təsərrüfatlarının yerli istehsallı heyvan toxumuna üstünlük verməməsini və həmin toxumların idxal olunmasını şərtləndirmiş, yerli heyvan toxumunun və yerli toxumnan alınan damazlıq heyvanların və heyvandarlıq məhsullarının ixracı perspektivlərini məhdudlaşdırmışdır.

Hüquqi aktlarda vəzifələrə aid edilməsinə baxmayaraq yerli damazlıq cinslərinə aid iri və xırdabuynuzlu heyvanların toxum bankı formalaşdırılmamış, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə işgüzar münasibətlər qurulmamış, toxum bankının təmin olunması kimi əhəmiyyətli məsələlər üzrə mərkəzləşdirilmiş qaydada zəruri araşdırmalar aparılmaqla rəsmi tapşırıqlar verilməmişdir ki, bu da funksional risklərin səmərəli idarə olunmaması deməkdir.

Ölkə ərazisində doğulan damazlıq heyvanlar üzrə mövcud olan hesabatlılığın vaxtında emal olunaraq mərkəzləşdirilmiş qaydada tabeliyindəki aidiyyəti qurumla əlaqələndirilməməsi 53 mindən çox olan potensial sayın pasportlaşma ilə əhatə olunmaması ilə nəticələnmiş, xidmət haqları qismində maliyyə resurslarının səfərbər olunma səviyyəsinə mənfi təsirlər göstərmişdir.

Nəticəliliyi elmi-tədqiqatlarla təsdiqlənmədiyi halda müxtəlif cinslərə aid baş sayı 51859 olan iribuynuzlu mələz heyvanların 62,8%-nin fərqli cinslərdən olan heyvan toxumları ilə xaotik şəkildə süni mayalandırılmasına yol verilmişdir ki, bu da bir tərəfdən heyvan subsidiyaları üzrə ümumilikdə 3,3 mln. manat məbləğində vəsaitin nəticəsiz və səmərəsiz xərclənməsini, digər tərəfdən isə daxili nəzarətin cins tərkibinin yaxşılaşdırılmasına hədəflənməklə tam nəticəli təşkil edilmədiyini göstərmişdir.

Ümumi statistika, süni mayalandırmaların 67,8%-nin uğurlu olmasını göstərsə də ləqəb sayı 40 olan buğaların toxumları ilə aparılmış 124970 süni mayalandırma hallarından orta hesabla yalnız 22,6%-nin uğurlu olmasına baxmayaraq daxili nəzarət qaydasında törədici buğaların toxumlarının məhsuldarlıq vəziyyətinin dövri olaraq qiymətləndirilməsi və aşağı törədicili toxumlardan istifadənin tədricən məhdudlaşdırılması kimi səmərələşdirici işlər aparılmamışdır.

Rəsmiləşdirilmiş süni mayalandırmaların heyvan toxumunun yerli istehsalçısının satışı miqdarını 47,8% üstələməsinə baxmayaraq heyvan subsidiyasının həmin hallar üzrə də maliyyələşdirilməsinə yol verilməklə mənşəyi məlum olmayan heyvan toxumlarının süni mayalanma prosesinin səmərəliliyinə və nəticəliliyinə, subsidiyalaşma prosesinin isə əsaslılığına və ünvanlılığına yaratdığı təhdidlərin aradan qaldırılması tam təmin edilməmişdir.

Süni mayalanmanın subsidiyalaşdırılması üzrə dövlət dəstəyinin başlandığı dövrdən zəruri təhlillərin aparılmadığı, o cümlədən modelin perspektiv inkişaf ssenarilərinin və risklərinin dəyərləndirilmədiyi şəraitdə auditlə toplanmış sübutlar dövlət dəstəyinin əhatəliliyinə mənfi təsirlərin əsasən yerli heyvan toxumuna etibarın (inamın) az olması, süni mayalanma mütəxəssislərinin və baytarların sayının və peşəkarlıq səviyyəsinin zəruri tələblərə cavab verməməsi, fermerlərin maarifləndirilməsi və ya məlumatlandırılması prosesinin zəifliyi kimi amillərdən ibarət olduğunu göstərmişdir.

Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə 2019-cu ildən maliyyələşdirilən damazlıq heyvanların alışına görə 60,0%-lik güzəşt məbləği üzrə dövlət dəstəyi mexanizminin vahid reqlamenti müəyyənləşdirilməmiş və prosedurlar elektronlaşdırılmamış, dövlət dəstəyi predmeti olan damazlıq heyvanların alıcılarla satıcılar arasındakı hərəkəti elektron qaimə-fakturalar üzərindən izlənilməmiş, damazlıq heyvanların elektron qaimə-fakturalar təqdim edilmədən, təqdim edildikdə isə birka nömrələri, bir sıra hallarda cinslərinin və (və ya) heyvan növlərinin adları qeyd edilmədən rəsmiləşdirilməsinin qarşısı alınmamışdır.

Dövlət dəstəyi mexanizminin şərtlərində ölkədaxili tələbata adekvat ətlik və ya südlük və ya ətlik-südlük fəaliyyət istiqamətləri üzrə differensiallaşdırılmaqla heyvanların faydalılığını səciyyələndirən konkret meyarların müəyyənləşdirilməməsi şəraitində damazlıq heyvanlara xas olan məhsuldarlıq və təkrar istehsala yararlılıq xüsusiyyətlərinə malik olmayan azyaşlı heyvanların dəyərinin güzəştli maliyyələşdirilməsi hallarının mövcudluğu daxili nəzarət qaydasında müvafiq risklərin dəyərləndirilməməsini və zəruri məhdudiyyətlərin tətbiq edilməməsini göstərmişdir.

Cari auditlə müvafiq dəyərinin 27,5 min manat güzəşt məbləği maliyyələşdirilmiş 8 damazlıq heyvanın maliyyələşdirilmə qərarlarının qəbul edildiyi tarixlərinə Aqrar Sığorta Fondunun məlumatlarına əsasən öldüyü, 5762 baş damazlıq heyvanlara görə sənədləşdirilmiş ölkədaxili satış (müqavilə) qiymətinin idxal gömrük dəyərinə nisbətinin -19,7%-dən 4,9%-dək olan intervalda dəyişərək təchizatçı hüquqi şəxslərin kommersiya maraqlarının rəsmən təmin olunmaması müqabilində yaranan risklər araşdırılmadan 10,2 mln. manat güzəşt məbləğinin maliyyələşdirildiyi, eləcə də auditin gedişatında aparılmasına nail olunmuş monitorinqlərin nəticələri ilə maliyyələşdirilmiş 5,1 mln. manat güzəşt məbləğinin predmeti olan 4456 baş damazlıq heyvanların alıcı şəxslərin təsərrüfatlarında mövcud olmadığı müəyyən edilmişdir.

Auditlə toplanmış sübutlar, o cümlədən ilkin damazlıqdan başlayaraq damazlıq təsərrüfatlarına göstərilən dövlət dəstəyinin monitorinqi proseslərinədək olan mərhələlərdə iştirak edən bütün tabeli qurumların fəaliyyətinin vahid indikativ funksionallıq baxımından səmərəli koordinasiya edilmədiyini, attestasiyadan keçirilən damazlıq heyvandarlıq təsərrüfatları üzrə damazlıq heyvanların identifikasiyası və digər zəruri rekvizitlərinin elektronlaşdırılmadığını, dövlət dəstəyi mexanizmlərinin zəruri parametrlərinin tam olaraq elektronlaşdırılmaqla əlaqələndirilməsinin təmin edilmədiyini göstərmişdir.

Hüquqi aktlarda damazlıq təsərrüfatları üçün hər bir cins üzrə seleksiya-damazlıq proqramlarına uyğun fəaliyyət göstərmələri əsas şərt kimi müəyyənləşdirildiyi halda attestasiya və uçota alınma prosedurunu müşayiət edən müvafiq sənədləşmələrdə damazlıq heyvandarlıq təsərrüfatlarının biznes-planı mahiyyəti daşıyan həmin proqramların texniki-iqtisadi əsaslandırmalarının əsaslılığı, eyni zamanda sonrakı nəzarət qaydasında monitorinqlərlə təsərrüfatların faktiki fəaliyyətinin proqramlara uyğunluğu araşdırılmamışdır ki, bu da attestasiya prosesinin səmərəli təşkil edilməməsinin sübutlarındandır.

Ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsinin (14,6-15,8%-nin) süni mayalanmaya cəlb edildiyi, süni mayalanma ilə doğulan buzovların sayının ölkədəki mayalana bilən müvafiq heyvanlara nisbətinin hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8-ə bərabər olduğu və doğulan buzovların təxminən 50,0%-nin erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə getdiyi şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb olunur ki, bu da mövcud süni mayalanma işinin (mexanizminin) bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas vermişdir.

Damazlıq heyvanların ümumilikdə heyvanların baş saylarına nisbətdə xüsusi çəkiləri iribuynuzlular üzrə 0,5%-1,0%, xırdabuynuzlular üzrə isə 0,2% təşkil etmişdir ki, bu da təkrar istehsalın (davamlı artımın) təmin olunması üçün olduqca aşağı göstəricilər olmaqla damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin başlandığı dövrdən (vergi və gömrük azadolmalarından başqa) lazımi səmərə verməməsini göstərsə də bu predmetlər üzrə daxili nəzarət qaydasında zəruri (təsirli) araşdırmalar aparılmamış və risklər qiymətləndirilməmişdir.

Orta müddətli xərclər çərçivəsinin fəaliyyət planlarında damazlıq heyvandarlıq sahəsinin sistemli inkişafını təmin edən mühüm funksional indikatorların əks etdirilməsi və kəmiyyət hədəflərinə nail olunması təmin edilməmiş, eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nın müvafiq yarımbəndləri ilə bu və ya digər formada uzlaşdırılma aparılmamış, həmin proqramın Tədbirlər Planının regionlarda cins heyvandarlıq təsərrüfatlarının yaradılmasını nəzərdə tutan 8 yarımbəndindən 5-i tam, 2-si isə qismən yerinə yetirilməmişdir.

Heyvandarlığın təbii (ənənəvi) yem bazasının (örüş sahələrinin) azalması ilə yanaşı yonca əkini sahələrinin becərilməsi üçün verilən əkin subsidiyasının da davamlı olaraq azalması bu sahəni təşviq etməyərək ot istehsalını azaltmaqla heyvandarlıq təsərrüfatlarının yem xərclərinin artmasına səbəb olmuş, nəticə etibarı ilə yem bazasının məhdudluğu şəraitində damazlıq heyvanların dəyəri üzrə maliyyələşdirilmiş güzəştlərin və süni mayalanma yolu ilə doğulmuş buzovlara görə verilən subsidiyaların səmərəliliyi və nəticəliliyi mənfi təsirlərə məruz qalmışdır.

2019-2023-cü illəri əhatə edən məlumatlara əsasən 5 (beş) illik dövr ərzində iribuynuzlu və xırdabuynuzlu heyvanların diri halda idxalı 68,4% artmış, ət halında idxalı müəyyən intervallarda olmaqla kəskin fərqlənməmiş, ölkə əhalisinin sayının 200,0 min nəfərdən çox artımı şəraitində mal, qoyun, keçi ətinin və ət məhsullarının adambaşına düşən illik istehlakı sabit qalmış, ölkədə iri və xırda buynuzlu heyvanların sayının 11,7% azalması şəraitində mal, qoyun və keçi əti istehsalı 8,3% artmışdır ki, bu da ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərməklə xaricdən xəstəliklərin ölkəmizdə yayılma risklərinin artması, damazlıq heyvandarlıq sahəsində irəliləyişlərə nail olunmaması və idxaldan asılılığın azaldılmamasından xəbər verir.

Dövlət dəstəyi mexanizmini tənzimləyən mövcud hüquqi aktların şərtlərinə əsasən damazlıq heyvanın dəyərinin güzəşt məbləği alıcı qismində yalnız müvafiq tələblərə cavab verən damazlıq təsərrüfatları üzrə maliyyələşdirilməli olduğu nəzərə alınmaqla zəruri maddi-texniki bazaya və praktiki vərdişlərə malik olsalar belə minimum say normalarına cavab verə bilməyən mikro və kiçik fermer sahibkarların həmin dövlət dəstəyindən faydalanması imkanları tamamilə məhdudlaşdırılmışdır ki, bu da bir tərəfdən damazlıq heyvandarlığın regional inkişafında, digər tərəfdən regional məşğulluğun dayanıqlığının təmin edilməsində, eləcə də heyvandarlıq məhsulları üzrə özünütəminetmə səviyyəsinin və nəticə etibarı ilə satış qiymətlərinin tədricən optimallaşdırılmasında səmərəliliyin və nəticəliliyin yüksəldilməsini təşviq etməmişdir.

Auditlə toplanmış sübutlar ölkə ərazisindəki damazlıq heyvanların istər identikləşdirilməsinin (birkalanmasının), istər pasportlaşdırılmasının, istərsə də zəruri elektron uçotunun təşkili səviyyəsinin sistemli, əhatəli və nəticəli olmadığını, pərakəndəliyin və natamamlığın hökm sürdüyünü, koordinasiyanın, eləcə də qurumlararası elektron informasiya sistemləri arasında zəruri parametrlərin inteqrasiyasının təmin edilmədiyini göstərmişdir ki, bu da vahid tənzimləmə tələb edən unikallaşdırma prosesi üzərində ikili inzibatçılığın səmərəsizliyini, uğursuzluqların məsuliyyətinin və prosedur cavabdehliyinin birinin digərinə ötürülməsi, eyni zamanda dövlət dəstəyi tədbirlərinin maliyyələşdirilməsinə dair idarəetmə qərarlarının etibarlı statistik göstəricilərə söykənməməsi kimi fəsadları səciyyələndirmişdir.

Hesablama Palatasının Kollegiyası auditor hesabatının təsdiq olunması, artıq xərclərin dövlət büdcəsinə bərpası, aşkar edilmiş çatışmazlığın bərpa olunması, vergidən yayınma riskləri barədə Dövlət Vergi Xidmətinə məktubun göndərilməsi barədə qərar qəbul etmişdir.

Paylaş

Xəbər lenti

Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Bu gün, 23:48 İRNA: İranın Hörmüz boğazındakı Qeşm adası yaxınlığında iki partlayış olub Bu gün, 23:48 "Meyitlər 200-300 metr aralı idi" - Şəkidəki kanat faciəsinin şok detalları Bu gün, 23:48 Lavrov Zelenskinin Moskvaya dəvət edilməsini "xoşməramlı jest" adlandırıb Bu gün, 23:48 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb Bu gün, 22:48 "Tasnim": İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt göndərib Bu gün, 22:48 KİV: İran ABŞ-yə yeddi şərt qoydu: Hörmüz boğazı bağlı qalacaq Bu gün, 22:48 İran və Oman razılaşıblar: Hörmüzdə yeni giriş-çıxış marşrutları yaradılır - DETALLAR Bu gün, 22:48 Daniel Savari: "Azərbaycanın "Elit polo club" komandası final matçının favoritidir" Bu gün, 21:48 Üzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər Bu gün, 21:48 Husilər "Göz yaşları qapısı"na çatdılar: Dünya neftinin mühüm marşrutu təhlükədə Bu gün, 21:48 İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı razılığa gəliblər Bu gün, 21:48 Çindən İrana ABŞ bazasının peyk görüntüləri verilib? - Vaşinqtondan şok iddia Bu gün, 20:48 Bakıda BMT-nin İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak edib Bu gün, 20:48 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib Bu gün, 20:48 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb Bu gün, 20:48 Oğul ona siqaret almayan atasını bıçaqladı Bu gün, 19:48 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır Bu gün, 19:48 Dostluq küçəsində "çirkab düşmən": Sakinlər beziblər Bu gün, 19:48 Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR