12-09-2024, 19:27 479

Azərbaycan dini-mədəni irsin qorunmasının qlobal müdafiəçisidir

Ermənistan İkinci Qarabağ müharibəsində uduzduğunu görəndə müxtəlif manipulyasiyalara əl ataraq bunu dinlərarası və sivilizasiyalarası toqquşma kimi qələmə verməyə cəhd göstərdi. Halbuki ermənilər işğal etdikləri torpaqlarımızda Azərbaycan xalqının bütün dini və mədəni irsini dağıdanda, məscidlərimizi məqsədli şəkildə donuz tövləsinə çevirəndə həmin havadarlar bunu islam müqəddəslərini təhqir edən “Şarl Hebdo”nun timsalında söz və ifadə azadlığının nümunəsi kimi qiymətləndirirdi. Hər halda ermənilərin törətdiyi fakt idi və bu faktın təməlində dayanan niyyət bəşəriyyətin heç vaxt təqdir etmədiyi vandalizmə əsaslanırdı.

Ancaq ermənilərdən fərqli olaraq Azərbaycan xalqı digər dinlərin nümayəndələrinin mənəvi irsinə hər zaman hörmətlə yanaşıb. Yəqin ona görədir ki, bizdə heç vaxt dini-milli zəmində qarşıdırma olmayıb. Bütün xalqlar dostluq və qarşılıqlı anlaşma şəraitində yaşayıb və bu proses Azərbaycanda uğurlu inkişafın və sabitliyin qarantı kimi çıxış edib. Çünki Azərbaycan bu məsələyə təkcə mənəviyyat hadisəsi kimi baxmır. Dini dözümlülük və tolerantlıq bizdə dövlət siyasətidir və bu, ölkəmizin beynəlxalq əlaqələrində də xüsusi yer tutur. Elə bu günlərdə Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilə imzalanıb. Müqaviləyə görə, Vatikanın ən böyük abidələrindən olan və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Müqəddəs Pavel Bazilikası bərpa olunacaq.

Bildiyimiz kimi, tarixi və dini abidələrin bərpası istiqamətində görülən işlər Azərbaycan-Vatikan əlaqələrinin mühüm tərkib hissəsidir. 2016-2018-ci illərdə Heydər Əliyev Fondu Vatikanda müqəddəs Pietro və Marçellinio katakombalarını bərpa etmişdi. Çünki bu katakombalar ən qədim xristian abidələri sırasında tarixi və memarlıq baxımından xüsusi yer tutur. Bundan əlavə, Müqəddəs Kommodilla katakombalarının və Zevsin heykəlinin də bərpasını qeyd etmək lazımdır. Heydər Əliyev Fondunun xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə verdiyi bu töhfə tarixdə ilk hadisə idi. İlklər təkcə bununla bitmirdi. 2012-ci ildə Azərbaycan müsəlman aləmində Vatikanda öz sərgisini təşkil edən ilk ölkə kimi tarixə düşmüşdü. Heydər Əliyev Fond eyni zamanda, mədəni sahədə gördüyü işlərinin miqyasını Vatikan Apostol kitabxanasında olan Azərbaycana aid əlyazmaların bərpası ilə də nümayiş etdirib.

Heydər Əliyev Fondu Vatikandakı tarixi və dini əhəmiyyət daşıyan abidələrin bərpasına verdiyi dəstək dünya mədəni və dini irsinin qorunmasına töhfə verməklə yanaşı, Azərbaycanın bu sahəyə verdiyi əhəmiyyəti də hər dəfə təsdiqləyir. Çünki Vatikandakı abidələr xristianlığın mühüm rəmzləridir və onların bərpası mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. Digər tərəfdən bu fəaliyyətlər Azərbaycanla Vatikan arasındakı diplomatik və mədəni əlaqələri daha da möhkəmləndirir. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, 2002-ci ildə Roma Papası II İohann Pavel, 2016-cı ildə isə Papa Fransisk Bakıya səfər edib, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bir neçə dəfə Vatikanda səfərdə olublar. Bu səfərlər birgə layihələrə yeni stimul verib və Azərbaycan Vatikanda bərpa işlərində fəal iştirakla bir müsəlman ölkəsi olaraq dini tolerantlıq və multikulturalizm siyasətinə xüsusi tövhə verib. Ancaq onu da deyək ki, bu fəaliyyət təkcə Vatikanla məhdudlaşmır. Luvr muzeyində İslam incəsənəti bölməsinin yaradılması, Strasburq Kafedral Kilsəsinin XIV əsrə aid, üzərində Müqəddəs Məryəmin və İsa Peyğəmbərin həyatı əks olunan vitrajların, Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun, İkinci Dünya Müharibəsində yanmış və dağılmış Berlin qəsrinin bərpası, həmçinin Romada “Kapitolini” muzeyinin “Filosoflar zalı”nın təmir olunması da Heydər Əliyev Fondunun xaricdə həyata keçirdiyi uğurlu layihələrin yalnız bir hissəsidir. Bu layihələr beynəlxalq miqyasda Azərbaycana böyük hörmət və nüfuz qazandırıb, ölkəmizin dini dözümlülüyə və müxtəlif mədəniyyətlərə açıq olduğunu göstərib. Azərbaycan bu cür təşəbbüsləri irəli sürməklə hər dəfə dünya ictimaiyyətinə mədəniyyətlərarası əməkdaşlıq və sülhün vacibliyini xatırladıb. Bu prosesdə Heydər Əliyev Fondunun xüsusi fəallıq göstərməsi isə ölkəmizin beynəlxalq arenada nüfuzunu daha da artırıb, onun mədəniyyət sahəsindəki töhfələrini dünya miqyasında tanıdıb və Azərbaycanın humanitar sahədə fəal iştirakını vurğulayıb. Ermənistanın qarayaxma kampaniyasına baxmayaraq, bu cür layihələr Azərbaycanı həm də dini tolerantlığın, mədəni irsin qorunmasının qlobal müdafiəçisi kimi tanıdıb, bu isə ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirib.

Hələ bir müddət əvvəl nüfuzlu beynəlxalq təşkilatların, dünya dini liderlərinin Bakıda sammitləri keçiriləndə bəzi insanlar fikirləşirdilər ki, bunlara ehtiyac varmı? Zaman göstərdi ki, ehtiyac var! Çünki bunlar əslində, bu gün bizim istifadə etdiyimiz sərmayələrdir. Biz Azərbaycanın tolerantlığa, multikulturalizmə, dialoqa dəstəyini bu şəkildə nümayiş etdirməsəydik bu gün qərəzli münasibət göstərən siyasətçilərin yanında bəlkə də qərəzli din xadimlərini də görə bilərdik. Ona görə də qətiyyətlə deyə bilərik ki, xalqımızın mənəvi dünyasının bütövlüyü bütün dinlərin nümayəndələrinin birgəyaşayışında əks olunub. Azərbaycan dinlər arasındakı həmrəyliyin, birliyin hökm sürdüyü dünyanın qurulması yolunda əzmlə çalışıb və bu, həmişə bizim tarixi özəlliyimiz kimi çıxış edib.

MTM Analitik Qrup

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR