
Azərbaycan samboçuları Serbiyanın Novi Sad şəhərində keçiriləm kişilər arasında idman və döyüş sambosu üzrə Avropa çempionatını 4 medalla başa vurublar.
“Report”un xəbərinə görə, çempionatda idman sambosu yarışlarında Ceyhun Hüseynov (88 kiloqram) gümüş, Mirfəttah Seyidəliyev (64 kiloqram) və Emil Həsənov (71 kiloqram) bürünc medal qazanıblar.
Döyüş sambosu yarışlarında isə Ramil Vəliyev (79 kiloqram) gümüş medala sahib olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.