
Türkiyədəki müxalif İYİ Partiyada kütləvi istefalar olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Bildirilib ki, 41 nəfər siyasətçi sözügedən partiyadan istefa verib. Onlardan ikisi – Dursun Ataş və Ümit Özlale millət vəkilidir.
Siyasətçilərin bu qərarlarının səbəbləri hələ məlum deyil.
Qeyd edək ki, partiyanın rəhbəri Müsavat Dervişoğludur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.