
Düşünürəm ki, bizim qələbə üçün mübarizə aparmaq şansımız olacaq.
"AVESTA.AZ"un məlumatına görə, bunu "McLaren" pilotu Oskar Piastri Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
Sıralama turunda ikinci olan sürücü uzun məsafələrdə yaxşı templərinin olduğunu söyləyib: "Amma qalibiyyət əldə etmək asan olmayacaq".
O, sıralama turunun son dövrəsində sürəti artırdığını diqqətə çatdırıb: "Divarlara daha da yaxınlaşmağa çalışdım. Bu trek belə yanaşmanı mükafatlandırır. İtirəcək heç nəyim yox idi".
Qeyd edək ki, Azərbaycan Qran-prisində əsas yarış sentyabrın 15-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.