19-09-2022, 05:38 672

Bu gün BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir

Bu gün ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə start verilir.

“Report”un yerli bürosunun xəbərinə görə, Baş Assambleyanın 77-ci (UNGA 77) yüksək səviyyəli həftəsi bu gün dünyanın böyük gücləri arasında artan gərginlik, Ukraynadakı müharibə, eləcə də dünyadakı qida çatışmazlığı, iqlim və enerji böhranları fonunda öz işinə başlayır.

BMT-yə üzv 193 ölkədən dövlət və hökumət nümayəndələrini qarşılayan Nyu-Yorkda təhlükəsizlik ən yüksək səviyyəyə çatdırılıb. Beynəlxalq təşkilatın binasının yerləşdiyi Manhetten adasında 42 və 46-cı küçələrə çıxan yollar nəqliyyatın hərəkətinə bağlanıb.

Yüksək səviyyəli həftənin başlanğıcı Britaniya kraliçası II Elizabetin planlaşdırılan dəfn mərasimi ilə üst-üstə düşdüyü üçün yüzlərlə dövlət başçısı Londona dəvət olunub. BMT rəsmiləri 60-dan çox ölkə liderlərinin yüksək səviyyəli həftəyə nə vaxt qatılacağı ilə bağlı qeyri-müəyyənlik olduğunu açıqlayıb. Bunlar arasında çərşənbə axşamından etibarən çıxış vaxtını dəyişdirən ABŞ Prezidenti Cozef Bayden də var.

Qeyd edək ki, 77-ci sessiyaya macarıstanlı diplomat Çaba Quereşi sədrlik edəcək. Yüksək səviyyəli həftəni BMT Baş katibi Antoniu Quterreş açıq elan edəcək, qonaqları həftənin gündəmi və beynəlxalq ictimaiyyət qarşısında duran əsas vəzifələri və çağırışlar barədə məlumatlandıracaq.

Ondan sonra Braziliya Prezidenti Jair Bolsonaronun Baş Assambleya iştirakçılarına müraciəti olacaq.

Həftə çərçivəsində dövlət və hökumət başçıları və nazirlərin iştirakı ilə kritik əhəmiyyət kəsb edən aktual problemlər və siyasi müzakirələr aparılacaq.

Dünyada cərəyan edən qlobal problemlərlə yanaşı baş katibin təklifi ilə “Təhsil Transformasiyası və Dayanıqlı İnkişaf Məqsədləri” mövzuları həftənin əsas müzakirə gündəmi kimi müəyyən olunub.

Ümumi debatla yanaşı, Baş Assambleyanın sessiyası təşkilata üzv olan 193 ölkənin BMT-nin büdcəsini müəyyən etdiyi, Təhlükəsizlik Şurasına qeyri-daimi üzvləri seçdiyi və müxtəlif məsələlərlə əlaqədar sessiya çərçivəsində keçirilən iclaslarda iştirak etdiyi dövrdür. Rəsmi görüşlərlə yanaşı, BMT Baş Assambleyasının sessiyası zamanı dünya liderləri və hökümət nümayəndələri ikitərəfli görüşlər keçirəcək, müxtəlif müzakirələrdə iştirak edəcəklər.

BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsinə sentyabrın 27-si yekun vurulacaq.

Qeyd edək ki, Assambleyanın 77-ci sessiyasında Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.

Paylaş

Xəbər lenti

Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Dünən, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Dünən, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Dünən, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR