
Sabah Bakının Qaradağ və Səbail rayonlarında su kəsiləcək.
Bu barədə “AVESTA.AZ”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Səngaçal istiqamətində Kür 1 xəttində baş verən qəza hadisəsinin aradan qaldırılması işləri ilə əlaqədar sentyabrın 16-sı saat 11:00-dan 16:00-dək Qaradağ rayonu ərazisinə, Lökbatan qəsəbəsinə və Səbail rayonunun bir hissəsinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.