19-09-2022, 13:56 610

Ağlayan Nensi Pelosi - ermənidən artıq erməni - ŞƏRH

ABŞ-ı çoxları qüdrətli və dünyanın əsas aparıcı gücü sayır. Bu baxımdan, ölkəni idarə edənlərdən də ədalətli davranışın gözlənilməsi təbiidir. Ancaq baş verənlər bu gücün təmsilçilərinin heç də həmişə ədalətin və haqqın yanında olmadığını təsdiqləyir. Onlardan biri də ABŞ Konqresinin Aşağı Palatasının (Nümayəndələr Palatası) sədri Nensi Pelosidir. 82 yaşlı siyasətçi ilk dəfə 2007-ci il yanvarın 4-də bu vəzifəyə seçilib. Bununla da ABŞ tarixində Nümayəndələr Palatasına sədr seçilən ilk qadın olub. O, Prezident və vitse-prezidentdən sonra əhəmiyyətinə görə hakimiyyətdə üçüncü şəxsdir.

Demokratlar Partiyasının lideri, ABŞ Prezidenti Cozef Bayden kimi, onun da erməni lobbisinə və seçicilərinin səsinə olan sevgisinin əsasında anti-Türkiyə ruhu durur. Bayden Azərbaycana qarşı “907 saylı düzəlişin” əsas təşəbbüskarlarından olub. Eləcə də o, “erməni soyqırımı” kimi saxta tarixlə bağlı “Amerika xalqı 106 il (2021-ci ildə verilən açıqlamadır - S.İ.) əvvəl başlayan soyqırımı nəticəsində ölən bütün ermənilərin xatirəsini yad edir” açıqlamasını verdi. Bununla da ölkəsinin tarixinə saxtakarlığı dəstəkləyən dövlət başçısı kimi də düşdü.

Nensi Pelosi də ABŞ-ın dünyadakı nüfuzundan istifadə edərək partiyadaşı kimi, ermənilərin saxta tarixinin beynəlxalq ictimaiyyətə sırınması uğrunda “mübarizə aparanlardandır”. O, bununla əlaqədar ABŞ vətəndaşı olan erməni seçicilərə dəfələrlə vədlər verib. Sentyabrın 17-də İrəvana səfəri zamanı ermənilərin həmin “hadisə” ilə bağlı qoyduqları kompleksi ziyarət etməsi və orada göz yaşı axıtması bu öhdəliyin davamı kimi də dəyərləndirilə bilər. O, bunu çox şişirtdi. Belə çıxdı ki, Aşağı Palatanın sədri “saxta tarix”ə ermənilərdən çox acıyır. 82 yaşlı siyasətçi bu rolu çox pis oynadı. Başqa sözlə, bu, ermənidən artıq erməni olmağa cəhd idi. Heç şübhəsiz, ağıllı ermənlər Nensi Pelosinin erməni seçicilərdən səs almaq üçün aktrisalıq etdiyini bilməmiş deyillər. Necə deyərlər, aldıqlarının qarşısında belə oynaması ikrahedici və şübhəli görünürdü.

Noyabrın 8-də ABŞ-da Konqresə seçkilər keçiriləcək. Ehtimal etmək olar ki, Nensi Pelosi Cənub Qafqaza səfəri və ermənilərin “tarixi” üçün ağlaması bu siyasi kampaniyaya hesablanıb. Bu “göz yaşları” yada Hindistan filmlərindəki seçkiqabağı səhnələri də salır... Türkiyəyə qarşı olan, saxta tarixi müdafiə edən Pelosinin anti-Azərbaycan çıxışı birmənalıdır. İrəvana səfəri zamanı reallıqdan uzaq çıxışları da bunu təsdiqləyir. ABŞ-ın dövlət rəsmiləri regionda sülh və əməkdaşlıq çağırışları edir. Bu məsələdə vasitəçiliklərini irəli sürürlər. ABŞ-ın 82 yaşlı potensial dövlət başçısının səfəri regionda Azərbaycanla Ermənistan, Ermənistanla Türkiyə arasında normallaşma prosesinə qarşı addımdır. O, bununla sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşməsi, əməkdaşlıq istiqamətində danışıqlar aparan rəsmi Bakı və İrəvanın yaxınlaşmasına problem yaradır. Tərəflər arasında ziddiyyətləri dərinləşdirir, iğtişaşı qızışdırır. Azərbaycanla Ermənistanın bir-birinə etimad və etibarına zərbə vurur.

Nensi Pelosi bu səfəri ilə Ermənistanın regiondakı pozuculuq əməllərinə haqq qazandırmağa xidmət edir. Rəsmi Bakının çoxsaylı cəhdlərinə baxmayaraq, rəsmi İrəvan dövlət sərhədlərinin müəyyənləşməsini süni şəkildə əngəlləyir. Bu və başqa baxımlardan 82 yaşlı siyasətçinin Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etməsi də əsassızdır. Bundan başqa, nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın Qazax rayonunun 7 kəndini, Naxçıvanın isə 1 kəndini hələ də işğal altında saxlayır. Bu, Nensi Pelosinin “göz yaşı” axıtdığı Ermənistanın baş naziri Nikol Paşinyanın “həmin ərazilərin Azərbaycana mənsubluğu sual altındadır və onların hüquqi statusu yoxdur” açıqlaması ilə də isbatlanır. Bu baxımdan, bütün sərhədyanı zona şərtidir və sual altındadır. Odur ki, əraziyə müdaxilə mövzusu ayrıca məsələdir və mövcud şəraitə görə yersiz görünür. Qeyd edək ki, Nensi Pelosinin tərəfli münasibətlə ATƏT-in artıq nüfuzdan düşmüş və əhəmiyyətini itirən Minsk qrupunun fəaliyyətinin bərpasına cəhdi də uğursuzluğa uğrayır. O, regionda özünü “Aslan ürəkli Riçard” kimi də aparıb. Nensi Pelosi “müsəlman farslarla xristian ermənilər” arasında münaqişə tarixindən danışaraq 1500 il öncə baş vermiş, yaxud baş verdiyi iddia olunan hadisədən bəhs etməklə “xristian erməniləri” dəstəklədiyini vurğulayıb. O, bu çıxış və davranışı ilə daha çox səlibçiyə oxşayıb.

Palata sədrinin fəaliyyətində bir sıra qaranlıq məqamlar da olub. 2011-ci ilin noyabrında Pelosi və bir neçə konqresmen birjadakı məxfi məlumatlardan istifadə etməkdə günahlandırılıb. Nümayəndələr Palatasında kredit kartı ödənişləri ilə bağlı rüsumları məhdudlaşdıran qanun layihəsi nəzərdən keçirilərkən onun “Visa” səhmlərini satın almasına dair məlumat yayılıb. Düzdür, o, ünvanına deyilənləri “sağ cinahdan atılan böhtan” adlandırmışdı. Bundan başqa, onu hakimiyyətin aviasiyasından şəxsi məqsədləri üçün istifadə etməkdə də qınayıblar.

Beləliklə, Qafqazda maraqları olan dövlətlərin daha çox regionda sülh, təhlükəsizlik, əməkdaşlığı təbliğ edərək bu istiqamətdə addımlar atması daha məqsədəuyğun sayılır. Ona görə də Brüsseldə keçirilmiş görüşlərin nəticələri və tərəflərin razılaşdıqları məsələlərin dəstəklənməsi regionun inkişafı baxımından daha məntiqli görünür. Nensi Pelosi yaşı və tutduğu vəzifə ilə bütün bunların həyata keçməsinə daha çox yardım edə bilərdi. Ancaq təəssüf ki, bu keyfiyyətlərindən ara qarışdırmağa, kin və nifrət yaymağa istifadə edir.

Bizi belə öyrədiblər: analar və nənələr yalan danışmaz. Nensi Pelosi həm ana, həm də nənədir. Ancaq Nensi ana və Nensi nənə öz övladlarına bu istiqamətdə nə öyrədib? Hər halda İrəvan səfərində onun doğruçuluğu müşahidə edilmədi...

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR