
Çexiyanın "MALBI-trans" beynəlxalq nəqliyyat və logistika şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ("Orta Dəhliz") çərçivəsində pilot layihə həyata keçirir.
Bunu "Report"a açıqlamasında şirkətin baş icraçı direktoru Liliana Krutonoq bildirib.
"Bizim məqsədimiz Ruminiyanın Konstanta limanı üzərindən bütöv bir marşrut həyata keçirməkdir. Əvvəlki daşımalarımız Konstanta üzərindən deyildi. Bu il isə Konstanta üzərindən birbaşa daşımalar həyata keçirməyi planlaşdırırıq. Təxminən həftədə bir reys həyata keçirməyi nəzərdə tuturuq. Hazırda ortaya çıxa biləcək problemləri araşdırırıq", - deyə o, qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.