
Meksikanın qərbindəki Miçoakan ştatında baş verən 7,7 bal gücündə zəlzələ zamanı 1 nəfər ölüb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidmət bildirib.
"Miçoakan ştatında Koalkoman şəhərindən 63 km cənubda 7,7 bal gücündə zəlzələ baş verib", - xəbərdə qeyd edilir. Zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar ölkənin cənub, qərb və mərkəzi hissələrində bir sıra bölgələrdə, o cümlədən Herrero, Miçoakan, Oaxaka və Xalisko ştatlarında hiss olunub. Dəymiş maddi ziyanın ümumi məbləği barədə məlumat hələlik dərc edilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.