23-09-2024, 12:58 446

Rəqib təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin I tur oyunu ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

Funksioner ölkə çempionunun ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacağını vurğulayıb: "İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək. Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. “Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik”.

Klub prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: “İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. “Qarabağ” azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü “Qarabağ” görəcək”.

Tahir Gözel “Tottenhem”lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib: “Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacağam. Londondakı görüşə komandamla yollanacağam və matçı stadiondan izləyəcəyəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq”.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq "Tottenhem" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş

Xəbər lenti

Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı Bu gün, 13:48 Pezeşkianın təyyarəsi təcili eniş edib Bu gün, 13:48 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanıldı Bu gün, 13:48 Polşada ibtidai siniflərdə telefon istifadəsinə qadağa qoyuldu Bu gün, 13:48 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü Bu gün, 13:48 Qəbələdə 29 yaşlı qadın hovuzda boğularaq ölüb Bu gün, 13:48 Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb Bu gün, 13:48 Anar Bayramov: Daha çox iş görən həkimlər daha çox əməkhaqqı almalıdır Bu gün, 12:48 ANAMA: Ötən il 69,206 ha ərazinin minadan təmizlənməsi ölkə üçün ən yüksək nəticədir Bu gün, 12:48 Həkimlərin maaşı 3 000 manata çatacaq – YENİ SİYAHI Bu gün, 12:48 Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq Bu gün, 12:48 72 min tibb işçisinin maaşı artırılır - Yeni sistem nəyi dəyişəcək? Bu gün, 12:48 Nepalda sel fəlakətində ölənlərin sayı 1114-ə çatıb Bu gün, 12:48 Tibb işçilərinə ŞAD XƏBƏR - Maaş artımının əsas səbəbləri AÇIQLANDI Bu gün, 12:48 Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq Bu gün, 12:48 İstisuda çimmək üçün icazə və ödəniş tələb olunur? Bu gün, 11:48 Mal əti bahalaşdı Bu gün, 11:48 Azərbaycanda bu tibb işçilərinin əməkhaqları ARTIRILIR Bu gün, 11:48 İlham Əliyev Vyetnam Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 11:48 Goranboy sakini: İnsanlar xüsusi avtobuslarla təxliyə olundular Bu gün, 11:48 Bakıda tıxacda qalmamağın yeni yolları - "Neftçilər" və "Elmlər"ə... Bu gün, 11:48 Azərbaycan Prezidenti: Humanitar minatəmizləmə təhlükəsiz yaşayış məskənlərinin yaradılmasının təməlində dayanır Bu gün, 11:48 Prezident İlham Əliyev: 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina qurbanı olub Bu gün, 11:48 Azərbaycan Prezidenti: Azad edilmiş ərazilərdə genişmiqyaslı minatəmizləmə əməliyyatları yerinə yetirilir Bu gün, 11:48 Trampdan Folklend adaları ilə bağlı diqqətçəkən açıqlama Bu gün, 11:48 Pakistan və İrandan bir milyon əfqan deportasiya edilib Bu gün, 10:49 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər Bu gün, 10:48 "Qalatasaray"dan yeni transfer bombası - Artıq İstanbuldadır Bu gün, 10:48 28 yaşlı sosial media fenomeni qaçırılaraq öldürülüb – 7 həftəlik hamilə olduğu üzə çıxıb Bu gün, 10:48 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı Bu gün, 10:48 Goranboyun Nizami və Xoylu kəndlərinin sakinləri sursat anbarında yanğınla bağlı təxliyə ediliblər Bu gün, 10:48 Yeni tədris ili üzrə I sinfə elektron qəbul sentyabrın 3-də başa çatacaq Bu gün, 10:48 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar Bu gün, 09:48 "7-8 dəfə dərman vurduq, amma təsiri olmadı" - Fermerləri çarəsiz qoyan problem nədir? Bu gün, 09:48 Paytaxtda yataqxana sakinlərinin illərdir həllini tapmayan PROBLEMİ Bu gün, 09:48 Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 5 dollara yaxın BAHALAŞDI Bu gün, 09:48 Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR