24-09-2024, 02:51 400

Qərbi Azərbaycan Xronikası:

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası sədrinin müavini, əməkdar elm xadimi Vaqif Şadlinski olub.

O, Azərbaycanın tarixində dəyərli izlər qoymuş, mədəni-maarif və təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə Şadlinskilər nəslindən söhbət açıb. Bildirib ki, bu nəsil Qərbi Azərbaycanın Vedi bölgəsinin tanınmış soylarındandır. Müsahibin sözlərinə görə, mükəmməl şəcərəsi olan nəsil Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar bəxş edib. Onlardan Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abbasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərlərinin fəaliyyəti gələcək nəsillərə örnək ola biləcək səhifələrlə zəngindir.

Əməkdar elm xadimi Şadlılar tayfasının zaman-zaman İran, Türkiyə, Rusiya və İraqa köç etdiyini, indiki Azərbaycanın müxtəlif rayonlarında məskən saldığını, həmin yaşayış məntəqəsinin adını da məhz Şadlı adlandırdığını konkret faktlarla dilə gətirib.

Ata-baba yurdu barədə məlumat verən V.Şadlinski deyib ki, Vedi çuxurunda cəmi iki qarışıq kənd istisna olmaqla, bütün kəndlərdə tarixən azərbaycanlılar yaşayıblar. Onun sözlərinə görə, ötən əsrin əvvəlində ermənilər dəfələrlə Qərbi Azərbaycandakı soydaşlarımıza silahlı hücumlar edib, azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar. Həmin dövrdə Şadlinskilər nəslinin yetirməsi, əsl xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski və onun ətrafına toplaşan mərd oğullar Vedi camaatını ölümdən xilas ediblər. Əlli mindən çox azərbaycanlı məhz Abbasqulu bəyin rəhbərliyi ilə İran ərazisinə keçib, mühafizə olunub.

Müsahib vurğulayıb ki, əgər həmin illərdə Abbasqulu bəyin rəhbərlik etdiyi müqavimət dəstəsi olmasaydı, ermənilər Göyçə, Naxçıvan və Qarabağda daha böyük qırğınlar törədəcəkdilər.

Yazıçı-nasir Fərman Kərimzadənin "Qarlı aşırım" romanında və onun əsasında çəkilən "Axırıncı aşırım" filmində Abbasqulu bəy Şadlinski obrazının yaradılmasına toxunan V.Şadlinski deyib ki, filmdəki hadisələrin bəzisi həqiqətdir, bəzisi yox. O bildirib ki, Kərbəlayı İsmayıl da Abbasqulu bəylə birlikdə ermənilərə qarşı vuruşub.

V.Şadlinski 1948-1953-cü illərdə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Vedi rayonundan deportasiya olunduğunu, 11 gün taxta vaqonda yol gəldiyini, indiki Şəmkir rayonu ərazisində məskunlaşdığını diqqətə çatdırıb, o illərdə soydaşlarımızın çəkdiyi əzab-əziyyətləri dilə gətirib. Qeyd edib ki, hələ deportasiyadan öncə xarici ölkələrdən Qərbi Azərbaycana gətirilən ermənilər azərbaycanlıların evlərində yerləşdiriliblər. Deportasiyadan sonra isə həmin evlərə sahib çıxıblar.

Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının fəaliyyətindən danışan V.Şadlinski tez-tez soydaşlarımızla, o cümlədən gənclərlə görüşdüklərini vurğulayıb. Bildirib ki, tarixi yaddaşın qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün belə görüşlərin mühüm əhəmiyyəti var. Əməkdar elm xadimi sonda qeyd edib ki, Qərbi Azərbaycana qayıtmaq, orada yaşamaq hər bir soydaşımızın haqqı və hüququdur.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasını, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR