24-09-2024, 20:51 501

Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransaya etiraz olaraq məhkəmə müraciəti yayıb

Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq məhkəmə müraciəti yayıb.

"AVESTA.AZ" xəbər verir ki, müraciətdə deyilir ki, 2024-cü il 13 may tarixindən, Yeni Kaledoniyadakı indiki hadisələrin başlanğıcından etibarən, Fransa bu uzaq ərazidə köhnə müstəmləkə kabusunu yenidən canlandırmağa başlayır.

"Dövlətin adanın cənubundakı Mont-Dore kommunasında yerləşən Saint-Louis qəbiləsinə münasibəti təəssüf ki, Əlcəzair müharibəsi zamanı yerli əhaliyə qarşı edilən rəftarı xatırladır. Heç bir xəcalət çəkməyən dövlət, qeyri-mütənasib güc münasibətinə baxmayaraq zərərsizləşdirilməli və susdurulmalı olan 1 200 cinayətkarla iş aparırmış kimi davranır.

Tarixinə iz qoymuş qəbiləmiz üç övladının öldürülməsinə layiq idimi? Bu gənclər, cəsarətlə siyasi ideallarını müdafiə etdikləri üçün öldürülmüşdür. Əllərində sadəcə ov tüfəngləri, daş atma alətləri, ayaqlarında sadə başmaqlar olan bu gənclər, GIGN-in (Fransa Milli Jandarması) güllələrinin altında can verdilər.

Görünür, bizim bədbəxtliyimizə görə Yeni Kaledoniya ilə Fransa arasındakı bir neçə min kilometr məsafə özünümüdafiə anlayışını Sakit okeanda öldürmək üçün lisenziyaya çevirdi", - müraciətdə qeyd edilib.

Bildirilir ki, 1981-ci ildə edam edilən müstəqillik lideri Pyer Deklerin sui-qəsdçilərinin peşman olmadıqları görünür:

"Buna görə də, dövlətin üç gənc Kanakı güllələmək üçün bu qədər vasitəni işə salmağa vadar edən səbəblərini sorğulamaq haqqımızdır. Daha da narahatedici olan isə hələ də sağ olan qəbiləmizin gənclərindən, qardaşlanın eyni aqibəti ilə üzləşməmək üçün, hakimiyyətə təslim olmalarının tələb edilməsidir. Hər kəs bilir ki, belə kiçik bir ərazidə, onlar istənilən anda yaxalanıb həbs oluna bilərlər.

Beləliklə, Saint-Luis adasında ədalət qeyri-adi sürətlə “bərpa olunmağa” çalışılır. Halbuki, hakim Claire-Marie Casanovanın dediyi kimi, "Ədalət heç vaxt zamanında yerində deyil, heç vaxt vaxtından əvvəl olmayıb, həmişə gecikməsi ilə tənqid olub". Bəs niyə qəbiləmizin hüquqi məsələlərində birdən-birə bu tələsiklik var? Bu sualın cavabı tələb olunur, çünki dövlətin bu məsələdəki həqiqi motivləri ilə bağlı şübhələrimiz var.

Əminliklə bildiyimiz tək şey budur ki, bu dövlət üçün nə hüquqa hörmət edilməsi, nə də insan həyatlarının itirilməsi onun ilahi missiyasını yerinə yetirməyinə əngəl törətmir.

Buna əmin olmaq üçün, sadəcə olaraq, bizim yollarımızda qanunsuz şəkildə dövr edən hərbi avtomobillərin sayının artmasını müşahidə etmək kifayətdir. Sanki qəbiləmizin ətrafında Sakit Okeanın Berlin divarını tədricən yüksəldirlər. Torpaqlarımız blokadaya alınıb, əhalimiz aclıq çəkir və gənclərimiz öldürülür.

Biz artıq yerli məhkəmədən heç nə gözləmirik. Ona məcburən müraciət edirik, amma onun ədalətsiz qərarları güclüləri qoruyur, zəifləri əzir və bizi anlaşılmazlığın dibinə salır.

Biz Saint-Luis qəbiləsinin, istəmədən də olsa, dövlət tərəfindən təşkil edilmiş dəhşətli bir oyunun mərkəzində olduğuna əminik. Burada qurbanlar dövlət tərəfindən təşkil olunan bir propagandanın vasitəsilə cəllad kimi təqdim edilir və beləliklə müstəmləkə nizamı qorumağa çalışırlar.

Əgər Saint-Luisdəki hazırki sistem dövlətin bütün ərazini nəzarətdə saxlama iddiası üçün bir "qəza testi" kimi təsvir edilirsə, bilsin ki, bütün bir qəbiləni şəhid etməsi bəlkə də Kanak müstəqillik arzusunu boğmaqdan daha asan olacaq".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR