30-09-2024, 18:29 1178

Bu il doqquz nəfər şəhid xanımı ali məktəbə qəbul olub

2024-2025-ci tədris ilində doqquz nəfər şəhid xanımı ali məktəblərə qəbul olub.

"AVESTA.AZ" xəbər verir ki, şəhid xanımları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Banklar Assosiasiyası ilə birgə həyata keçirdiyi “Sən tək deyilsən” layihəsi çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramı sayəsində ali təhsil alacaqlar.

Dövlət Komitəsinin sədri Bahar Muradova şəhid xanımları ilə görüşdə onları ali məktəbə qəbul olmaları münasibətilə Komitənin kollektivi adından ürəkdən təbrik edib.

B.Muradova Anım günündə hamılıqla Zəfər abidəsinin ziyarət edildiyini, şəhidlərin xatirəsinin böyük hörmətlə yad edildiyini xatırladıb:

"Biz onların qarşısında ehtiram borcumuzu yerinə yetirdik və onların şücaəti ilə xilas etdiyimiz gələcək Azərbaycanın qarşısında duran hədəflərin yerinə yetirilməsi ilə bağlı vəzifələrimizə sadiq olacağımızı, qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacağımızı bəyan etdik".

O, Vətən müharibəsindən keçən müddətdə, xüsusilə son bir il ərzində çox böyük dəyişikliklərin olduğuna diqqət çəkərək, Azərbaycanın bütün dünyada artıq öz ərazisinin, torpaqlarının və öz sərvətinin sahibi olan bir ölkə kimi tanındığını qeyd edib. Komitə sədri əlavə edib ki, Azərbaycan iqtisadi imkanlarından, hərbi qüdrətindən, yerləşdiyi bölgədən, dünyada gedən ictimai-siyasi proseslərdəki yerindən asılı olmadan yalnız öz gücünə istinad edərək torpaqlarını azad etmə qabiliyyətini ortaya qoymaqla, bütün dünya üçün, xüsusilə də müstəmləkə zülmü altında olan, ərazisi işğal altında olan millətlərə örnək yaratdı.

"Vətən müharibəsində həyatını qurban vermiş şəhidlərin ailələri, doğmaları, yaxınları, xüsusilə də qazilərimiz, bütün müharibə veteranlarımızın üzləşdiyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də ailələrlə işləyir, onların gücləndirilməsi, gənc nəslin təhsilə daha geniş şəkildə cəlb olunması, xüsusilə şəhid ailələrində olan gənclərin ilk növbədə təhsilə yönləndirilməsi ilə bağlı maarifləndirici işlər görür", - B.Muradova diqqətə çatdırıb.

Şəhid xanımları ilə bağlı məsələlərin daim diqqətdə saxlanılmasının vacibliyinə toxunan sədr komitə tərəfindən bu mövzuda həm sosial, həm də siyasi məzmunlu tədbirlərin təşkil olunduğunu qeyd edib. O, Dövlət Komtəsinin müəllifi olduğu “Sən tək deyilsən” layihəsinin artıq 4 ildir keçirildiyini vurğulayaraq, Banklar Assosiasiyasının bu işə böyük töhfə verdiyini söyləyib. B.Muradova şəhid xanımlarının hər birinin əldə etdiyi uğurlara sevindiyini və bu uğurların Azərbaycan xalqına da qürur və fəxarət hissi yaşatdığını, gənc qızlara örnək olduğunu bildirib.

Paylaş

Xəbər lenti

Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48 Öz evini məktəbə çevirən, həyatının sevgisi ilə Milad Bayramında tanış olan Xalq artisti Fidan Hacıyeva ilə MÜSAHİBƏ Bu gün, 10:48 Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 Qubada içərisində ailə üzvlərinin olduğu BMW hasara çırpıldı Bu gün, 09:48 İraq 17 ildə neft qaçaqmalçılığına görə 303 milyard dollar itirib Bu gün, 09:48 ABŞ-də 1 milyon dollar qazanan miqrant lotereya fotosuna görə saxlanıldı Bu gün, 09:48 UEFA Çempionlar Liqası: "Fənərbağça" "Şaxtyor"la qarşılaşacaq Bu gün, 09:48 AZAL "Sərfəli Cümə" kampaniyası elan edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 96 dolları keçib Bu gün, 09:48 Tərtərdə quyuya düşərək ölən şəxs Qarabağ qazisi olub Bu gün, 09:48 Türkiyədə tanınmış simalar SAXLANILDI Bu gün, 08:48 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb Bu gün, 08:48 Bakıda doqquz istiqamətdə tıxac yaranıb Bu gün, 08:48 Bakıda Çempionlar Liqası həyəcanı: "Sabah" bu gün "Barselona" ilə qarşılaşacaq Bu gün, 08:48 Zəhra Əkbərova direktor təyin edildi Bu gün, 08:48 Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR