
Almaniyanın "Ştuttqart" klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.
"AVESTA.AZ" xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi "ay-ulduzlu" formanı geyinmək istədiyini bildirib.
O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.
Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan "Ştuttqart"ın kapitanı 1 qol vurub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.