Oktyabrın 1-dən ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2024-2025-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.
Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyindən "AVESTA.AZ"un yerli bürosuna verilən məlumata görə, iyulun 11-dən bu günə qədər Naxçıvanda ümumilikdə 137 ümumtəhsil məktəbinə 3 300-ə yaxın uşaq elektron sistem vasitəsi ilə məktəbəhazırlıq qruplarına qəbul edilib.
Qeyd edək ki, məktəbəhazırlıq uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və I sinfə hazırlığını təmin edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.