21-09-2022, 14:00 538

Ermənistanın çaşbaş qalan cəmiyyəti - xülyalardan qurtulmayan erməni elitası - ŞƏRH

Ermənistan cəmiyyəti yenə qeyri-müəyyən vəziyyətdədir. Bir qrup onu Qərbə, digər qrup isə Rusiyaya doğru çəkməyə çalışır. Bu çəkə-çəkdə Azərbaycana qarşı işğalçılıq iddiaları irəli sürülür.

Son günlər İrəvanda Rusiyaya və onun sponsorluq etdiyi təşkilatlara qarşı çıxışlar olub. Aksiya iştirakçıları Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb edərək Moskvanın ünvanına tənqidi fikirlər səsləndiriblər. Bu aksiyalar yada 2018-ci ildən əvvəl indiki baş nazir Nikol Paşinyanın KTMT və Avrasiya İqtisadi İttifaqına qarşı çıxışlarını yada salır. Həmin dövrdə müxalifət təmsilçisi sayılan Paşinyan ölkəsinin bu iki təşkilatdan çıxmasını tələb edir, onların Ermənistan üçün əhəmiyyətinin olmadığını söyləyirdi. O, hətta parlamentin gündəliyinə də bu məsələlərin daxil edilməsinə nail olmuşdu. Ancaq onda Paşinyanın təklifləri yetərincə səs ala bilməmişdi. Hökumət başına gələndən sonra onun Rusiyaya və əleyhinə çıxdığı təşkilatlara münasibəti 180 dərəcə dəyişdi. Bu günlərdə isə Paşinyan hakimiyyətinin siyasi oriyentasiyası ilə bağlı yeni bəyanatla çıxış edib. Hökumət başçısı Azərbaycanın onun başçılıq etdiyi hakimiyyətin guya Rusiyayönlü olduğunu Qərbdə təbliğ etdiyini iddia edir. Ancaq görünən odur ki, Paşinyan özünü ABŞ və Avropa İttifaqı rəsmiləri ilə görüşdə özünü, hökumətini qərbyönlü, Vladimir Putin və Kremlin başqa rəsmiləri ilə görüşdə isə Rusiyayönlü sayır.

Ötən gün İrəvanda “Ermənistanın gələcəyi Rusiyaya bağlıdır!” şüarı altında Rusiya ilə həmrəylik aksiyası keçirilib. Yürüş iştirakçıları istəklərini Moskvanın İrəvandakı səfirliyinə təqdim edib. Hökuməti dəstəkləyən sosial şəbəkə və KİV-də də Rusiyaya münasibət birmənalı deyil. Bir qrup Paşinyanın Rusiya ilə əlaqələri zəiflətməkdə və ABŞ-a meyillənməkdə ittiham edir, digər qrup isə əksinə, Rusiya KİV-i və KTMT-ni sərt ifadələrlə tənqid edir.

Bu günlərdə keçmiş prezident Robert Koçaryan da üzə çıxıb. O, heç yerə getmədiyini və “mübarizəni davam etdirdiyini” açıqlayıb. İndiyədək müxalifətin arxasından boylanan, əli azərbaycanlıların və ermənilərin qanına bulaşmış bir siyasətçinin siyasi səhnədə görünməsi başqa mətləbdən də xəbər verir. Onun birmənalı olaraq, Rusiyayönlü olduğu sirr deyil. Koçaryan Paşinyandan fərqli olaraq, özünü həm qərbli, həm də Rusiyayönlü kimi göstərə bilmir. Bu qarışıqlıq və qeyri-müəyyənlik hökumətin itkiləri ilə bağlı dəqiqləşdirmə apara bilməməsinə səbəb olub. Bu günədək Ermənistan Müdafiə Nazirliyi sentyabrın 12-13-də sərhəddəki toqquşmada ölən hərbçilərinin siyahısını açıqlamayıb. İtkilərin sayı və siyahısının gizli saxlanılması cəmiyyətin hazırlanması üçün vaxt udmağa hesablanıb. Yeri gəlmişkən, 44 günlük müharibədə də ölənlərin tam siyahısını hələ ki Ermənistanda bilən yoxdur. Döyüşlərdə ölən hərbçilərin yaxınları hökumət evi və Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirir, hakimiyyətdən övladları ilə bağlı məlumat tələb edirlər. Onlar Ermənistanın dövlət bayrağını yerə atıb tapdalamaqla etirazlarını bildirirlər.

Robert Köçəryan
Robert Köçəryan

Sentyabrın 21-i Ermənistanın müstəqilliyi günüdür. Paşinyanın bununla bağlı Yerablur xiyabanına ziyarəti çox qısa sürüb. Ora ölən hərbçilərin valideynləri və qohumları da toplaşıb. Onlar Paşinyanın əraziyə gəlməsinə mane olmağa çalışıblar. Rəsmi İrəvanın ölən əsgər ailələrinə və yaxınlarına belə zorakı münasibəti cəmiyyətdə etirazları qızışdırır.

Müqayisə etmək düzgün olmasa da, qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti Ermənistandan fərqli olaraq, cəmiyyətlə açıq, şəffaf, dürüst kommunikasiya siyasəti aparır. Şəhidlərin hamısının adları rəsmi qaydada açıqlanıb, şəhid ailələri, müharibə veteranları birbaşa Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunur. Onların sosial müdafiəsi üçün tədbirlər davam etdirilir. Əgər müqayisəni davam etdirsək, Azərbaycanın yönü və müttəfiq olduğu dövlətlər, yürütdüyü xarici siyasət də məlumdur. Bu baxımdan, rəsmi İrəvan Bakıdan xeyli geri qalır.

Nikol Paşinyan
Nikol Paşinyan

Nəhayət, Ermənistanın qeyri-müəyyənliyi, Qərblə Rusiya arasında çabalaması, yaxud nala-mıxa vurması regionda təhlükəsizliyi, sülhü, əməkdaşlığı təhdid edir. Bu ölkədən istənilən vaxt təxribat və təhrikedici davranış gözləmək mümkündür. Sentyabrın 12-13-də sərhədyanı ərazidə Ermənistanın törətdiyi genişmiqyaslı təxribatı buna nümunə göstərmək olar. Bu ölkədə hakimiyyət və müxalifətdə konkretlik yoxdur. Ermənistanın bütövlükdə siyasi elitası sayılan təbəqənin proqramı mövcud deyil. Əvvəllər onlar “Qarabağ” şüarı ilə dövləti də, cəmiyyəti də idarə edə bilirdi. Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etməklə o ölkənin siyasi hakimiyyəti və müxalifətini şüar baxımından da tərksilah edib. Çünki bu ölkədə cəmiyyət 30 il əsassız və saxta ideyalarla idarə olunub. Yürüdülən və iddia olunan belə siyasi kurs isə Ermənistan cəmiyyətini çıxılmaz vəziyyətə salıb. Siyasi elita və havadarların ölkə əhalisini yenidən əvvəlki uydurmalarla idarə etməsi cəhdlərinin uğur qazanması isə mümkün deyil. Çünki regionda və dünyada çox mətləblər dəyişib...

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR