
Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir.
“Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.
Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.