3-10-2024, 09:46 487

FHN Samuxda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Samux rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Məlum olub ki, obyektdə elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün “Çıxış” sözü yazılmış işıqlı göstəricilər təmin edilməyib, taxta konstruksiyalı elementlər odadavamlı məhlulla hopdurulmayıb, obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta edilməyib, obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Samux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yə məxsus dəri emalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.

Paylaş

Xəbər lenti

İsrail HƏMAS komandirini öldürdü Bu gün, 21:48 İran ordusunun generalı: ABŞ quru əməliyyatına cürət etməyib Bu gün, 21:48 İran sülh sazişinin yenidən baxılmış variantını təqdim edə bilər Bu gün, 21:48 Elçin Əmirbəyov və Edmondo Çirielli Azərbaycan-İtaliya tərəfdaşlığının möhkəmləndirilməsini müzakirə ediblər Bu gün, 21:48 "Real Madrid" onunla müqaviləni uzatmaq istəyir Bu gün, 21:48 Toyuq paketlərindəki gizli TƏHLÜKƏ Bu gün, 21:48 Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Bu gün, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Bu gün, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Bu gün, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Bu gün, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Bu gün, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Bu gün, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Bu gün, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Bu gün, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Bu gün, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Bu gün, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Bu gün, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Bu gün, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Bu gün, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Bu gün, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Bu gün, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Bu gün, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Bu gün, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Bu gün, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Bu gün, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR