
Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır.
“AVESTA.AZ” xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann sosial şəbəkədə yazıb.
“Almaniya – Azərbaycan əməkdaşlığının əsas məsələlərindən biri COP29-dur. Almaniya COP-un yeni sədri kimi bu vacib konfransın hazırlanmasında indiyədək əla iş nümayiş etdirmiş Azərbaycanı lap əvvəldən dəstəkləyib. Almaniya COP29-un uğurla keçirilməsində böyük marağa sahibdir”, – o qeyd edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.