
Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunda III mərhələyə yüksəlib.
"Report" xəbər verir ki, II mərhələnin cavab oyununda Lüksemburqun "Differdanj" kollektivi ilə qarşılaşan təmsilçimiz 26:25 hesabı ilə qalib gəlib.
İlk matçda da rəqibini 27:24 hesabı ilə üstələyən "Qarabağ" adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, III mərhələnin görüşləri noyabrın 10-16-da keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.