7-10-2024, 14:40 406

Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olunub

Qazaxıstan Mərkəzi Asiya üçün iqlim dəyişikliyi və “yaşıl enerji” üzrə layihə ofisi yaratmaq niyyətindədir və tərəfdaşları bu təşəbbüsü dəstəkləməyə dəvət edir.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpoziumda deyib.

A.Bayel Qazaxıstanda iqlim dəyişikliyi, ekoloji problemlər və su çatışmazlığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Diplomat qeyd edib ki, Qazaxıstan beynəlxalq iqlim müqavilələri çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir, qəbul edilmiş dayanıqlı inkişaf məqsədləri isə milli gündəliyin ayrılmaz hissəsidir.

Onun sözlərinə görə, Qazaxıstan 2030-cu ilə qədər istixana qazlarının emissiyasını ən azı 15 % azaltmaq niyyətindədir. Beynəlxalq maliyyə institutlarının dəstəyi ilə 2030-cu ilə qədər emissiyaların 25 % azaldılması isə prioritetdir.

Səfir, həmçinin Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin ekosistemin və unikal məməlilərin, o cümlədən Xəzər suitilərinin yaşayış mühitini qorumaq üçün Xəzər dənizinin Qazaxıstan hissəsində ölkə tarixində ilk dəfə dənizdə mühafizə olunan ərazinin yaradılması təşəbbüsündən danışıb.

Diplomatın sözlərinə görə, Prezident Tokayevin 2026-cı ildə Qazaxıstanda Regional İqlim Sammitinin keçirilməsi təşəbbüsü də Qazaxıstanın “yaşıl gündəliyi” təşviq etmək öhdəliyinə sadiqliyinin təsdiqidir.

A.Bayel həmçinin qeyd edib ki, Qazaxıstan noyabrda Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında son dərəcə fəal iştirak edəcək.

Qeyd edək ki, ADA Universitetində Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, işgüzar dairələrin nümayəndələri, yerli və xarici alim və ekspertlərin iştirakı ilə “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Azərbaycan hökuməti, eləcə də Qazaxıstan, Macarıstan və İtaliya səfirlikləri tərəfindən təşkil edilən tədbirdə kənd təsərrüfatı və su resurslarının idarə edilməsi sahələrində iqlim dəyişikliyi ilə bağlı problemlərin birgə həll yolları müzakirə olunub.

Paylaş

Xəbər lenti

Bakıda və rayonlarda İŞIQ SÖNƏCƏK - Saat 10:00-dan etibarən... Bu gün, 08:48 SEPAH ABŞ-nin iki esminesi və 8 neft tankerinə zərbə endirib Bu gün, 08:48 "Real Madrid" "İnter"lə oyunda çətin qələbə qazandı Bu gün, 08:48 Zərdabda DƏHŞƏTLİ QƏZA: 5 nəfər yanaraq ölüb - ADLAR Bu gün, 08:48 Üç milyardlıq plan: İsraillə Yunanıstanın hərbi əməkdaşlığı region üçün nə vəd edir? Bu gün, 08:48 Zubirin yeni klubunda gözlənilməz problem yarandı Bu gün, 08:48 Yüksək sürət yenə CAN ALDI Bu gün, 00:48 Sonuncu "Miss Avstriya" müsabiqəsinin qalibi 22 yaşında vəfat etdi Bu gün, 00:48 Karni: ABŞ ilə razılaşma yalnız hər iki tərəfin maraqları nəzərə alınmaqla mümkündür Dünən, 23:48 UFC reytinqləri yeniləndi: Rafael Fiziyev ilk onluğa qayıtdı Dünən, 23:48 Azərbaycan atleti Tehran Məmmədov tələbələr arasında dünya çempionatında qızıl medal qazanıb Dünən, 23:48 ABŞ İranın aviasiyasına qarşı sanksiyalar tətbiq etdi Dünən, 23:48 "Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq Dünən, 23:48 Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Dünən, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Dünən, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Dünən, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Dünən, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Dünən, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Dünən, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Dünən, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Dünən, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Dünən, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Dünən, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Dünən, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Dünən, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Dünən, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Dünən, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Dünən, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Dünən, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Dünən, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Dünən, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Dünən, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Dünən, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Dünən, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Dünən, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Dünən, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Dünən, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Dünən, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Dünən, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Dünən, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Dünən, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Dünən, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Dünən, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Dünən, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Dünən, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Dünən, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Dünən, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR