Türkiyə yığması UEFA Millətlər Liqasında evdə Monteneqro millisinə qalib gəlib.
“AVESTA.AZ”un məlumatına görə, B Liqasının IV qrupundakı qarşılaşmada “ay-ulduzlular” 1:0 hesabı ilə rəqibindən üstün olub.
Ölkənin Samsun şəhərində baş tutmuş matçda yeganə qolu 69-cu dəqiqədə İrfan Kahveci vurub. Ona məhsuldar ötürməni “Yuventus”un gənc ulduzu Kenan Yıldız verib.
Qeyd edək ki, üç oyundan sonra Vinçenzo Montellanın yetirmələri yeddi xalla turnir cədvəlinə başçılıq edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.