12-10-2024, 14:48 344

Milli Məclis Niderlandın Azərbaycana qarşı qətnaməsini pisləyib

Milli Məclis Niderland Krallığı Parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir.

Bu barədə "Report"a parlamentdən məlumat verilib.

Qeyd edilib ki, yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.

"Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adam öldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirləri” kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.

Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland Parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur" - deyə, Milli Məclisin münasibətində qeyd edilib.

Bildirilib ki, Milli Məclis sözü gedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qaşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtlü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha açığa çıxarır:

"Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyi ilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olub. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir".

Milli Məclis Niderland Parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb. Parlament Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəklədiyini bildirib, bu cür dialoq və əməkdaşlığın qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalı olduğunu xatırladıb.

Paylaş

Xəbər lenti

Naim Qasem: Hörmüz boğazının bağlanması ilə İsrailin Livana hücumları dayandırılıb Bu gün, 00:48 Qalibaf: Hörmüz boğazı İranın nəzarəti altındadır Bu gün, 00:48 Hollivud filmləri ilə tanınmış fransalı aktrisa vəfat edib Dünən, 23:48 İran Hörmüz boğazını bağladı və yeni şərtlər irəli sürdü Dünən, 23:48 SEPAH Hörmüz boğazının bağlandığını elan edib Dünən, 23:48 Azərbaycanla Ermənistan arasında sürətlənən normallaşma və iki Avropa ölkəsinin sülh prosesini pozmaq cəhdi Dünən, 23:48 "Axios": Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəyə yenidən başlaya bilər Dünən, 23:48 ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin sayı açıqlanıb Dünən, 23:48 Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər Dünən, 22:48 "Yaşamaq artıq mümkün deyil" - Bakı sakinləri niyə evlərindən qurtulmaq istəyirlər? Dünən, 22:48 Azərbaycanın beş güləşçisi "Çempionlar" turnirinin ilk günündə medal qazanıb Dünən, 22:48 Rəcəb Tayyib Ərdoğan: "İrana qarşı həyata keçirilən hücumlar regiona ciddi təsir göstərir" Dünən, 21:48 Ağdamda gənc FACİƏLİ şəkildə öldü Dünən, 21:48 Göyçayda bıçaqlanan şəxsin vəziyyəti açıqlanıb Dünən, 21:48 Cənubi Qafqazda sülh və Avropanın "qətnamə diplomatiyası": Reallıq, yoxsa siyasi təzyiq? Dünən, 21:48 Pezeşkian: İran ordusu ölkəni müdafiə etməyə hazırdır Dünən, 20:48 İranda 50 gündür internet yoxdur Dünən, 20:48 Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib Dünən, 20:48 Türkiyənin ordu generalı Liviyada hərbi təlimə qatılıb Dünən, 20:48 Bu gün paytaxtın 556  küçəsi yuyuldu Dünən, 20:48 "Al Hadath": İran-ABŞ danışıqları aprelin 26-da İslamabadda baş tuta bilər Dünən, 19:48 Dəridə ciddi qəbul etmədiyimiz əlamətlər hansı xəstəliyin göstəricisidir? - VİDEO Dünən, 19:48 TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək Dünən, 19:48 Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Dünən, 19:48 Premyer Liqa: "Karvan-Yevlax" ardıcıl ikinci qələbəsini qazanıb Dünən, 18:48 Ceyhun Bayramov: Azərbaycan qardaş ölkələrlə sıx əməkdaşlıq etməyə sadiq qalır Dünən, 18:48 Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub Dünən, 18:48 Bakının 556 küçəsi yuyuldu Dünən, 18:48 Hövsan avtobuslarından ŞİKAYƏT: "Dayanacaqda dayanmırlar" Dünən, 18:48 Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə olub Dünən, 18:48 Saxta zərgərlik məmulatlarını necə müəyyən etmək olar? Dünən, 18:48 "Xilasedici" Azərbaycan çempionu olub Dünən, 18:48 Avtomobildən oğurluq edən şəxs saxlanılıb Dünən, 18:48 Ceyhun Bayramov əlcəzairli həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib Dünən, 17:48 Şimali Makedoniya Prezidenti: Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var Dünən, 17:48 Azərbaycan avarçəkənləri Türkiyədəki turnirdə 3 medal qazanıblar Dünən, 17:48 Keçmiş mətbuat katibi VƏFAT ETDİ Dünən, 17:48 Hörmüz boğazında daha bir gəmi VURULDU Dünən, 17:48 Gözəllik, sürət və əzm: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku Dünən, 17:48 Xırdalanda QƏTL: Şübhəli saxlanıldı Dünən, 17:48 Zelim Tçkayev: "Dünya çempionatında növbəti hədəfim qızıl medal olacaq" Dünən, 17:48 Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə iştirak edib Dünən, 16:48 Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib Dünən, 16:48 Müctəba Xamenei: Ordumuz İran ərazisini qoruyur Dünən, 16:48 Azərbayan cüdoçusu Zelim Tçkayev Avropa çempipnatında yarımfinala yüksəlib Dünən, 16:48 "Real Madrid" Mbappe və Vinisiusu transferə çıxaracaq? Dünən, 16:48 Elçin Əmirbəyov: Azərbaycanın regional siyasəti qarşılıqlı fayda prinsipinə əsaslanır Dünən, 16:48 İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR